Mehriban Əliyeva: “Bizim güc mənbəyimiz xalqdır”

 

Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində Birinci vitse-prezidentin fəaliyyəti bəyənilir və təqdir edilir

 

Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olduğunu, ən çətin günlərdə sonadək ona dayaq durduğunu əməldə daim sübut edib. Bu xüsusda kifayət qədər konkret misallar gətirmək mümkündür. Azərbaycan qeyd olunan yönümdə də dünyada ən yaxşı nümunənin əsasını yaradan dövlətlərdən hesab edilir. Azərbaycanın qaçqın və məcburi köçkünlərə münasibətdə yürütdüyü siyasət, bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsi dünyada ən yaxşı örnəklər sırasında yer alır.

 

96 müasir qəsəbə məcburi köçkünlərin ixtiyarına verilib

 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi və təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən genişmiqyaslı işlər görülübbu proses bu gündavam edir.

Ümumiyyətlə, 2001-2017-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına bütün sosial-texniki infrastruktura malik 96 müasir qəsəbə salınıb. Bunun da 90-ı, yaxud 95 faizi son 13 ildə inşa edilib. Yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir və bunun da 1,95 milyard manatı, yaxud 97 faizi son 13 ildə istifadə olunub.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin proqrama edilmiş əlavələrin icrası bu qəbildən olan insanların mənzil problemlərinin həllində mühüm rol oynayıb.

2003-2017-ci illərdə qeyd olunan istiqamətdə görülən işlərin statistikasına nəzər salsaq, bunların əyani şahidi olarıq. Belə ki, həmin dövr ərzində Azərbaycan Prezidenti tərəfindən sözügedən məsələ üzrə 55 fərman və sərəncam imzalanıb

Görülən işlər nəticəsində 2007-ci ildə 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin, 2016-cı ildə 16 fin tipli qəsəbənin ləğvi başa çatdırılıb və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib. Məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib.

Yeni yaşayış komplekslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilmiş, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik, 465 kilometr qaz xətti çəkilib.

 

Sosial problemlərin həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir

 

Bu proses Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra daha geniş vüsət almağa başlayıb. Xatırladaq ki, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva ilk müşavirəni Bakı Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdi. Bunun ardınca onun iştirakı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. Eyni zamanda Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərə yeni mənzillər verildi.

Yuxarıda qeyd olunduğu kimi, bu il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirədə bu günədək qaçqın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ ağır vəziyyətdə, qəzalı yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirildi. Bunun üçün Bakı Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verildi.

Ümumiyyətlə, real vəziyyətin təhlili göstərir ki, məcburi köçkünlərin sosial problemlərinin həlli qarşıdakı dövr ərzində daha çevik xarakter alacaq. Bu il Masazır qəsəbəsindəYeni Bakıyaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərə köçüb. Mənzillər təmirlidir mətbəx mebelləri ilə təchiz olunub. Sözügedən 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəkiEnergetikapansionatında yararsız binada Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlərə verilib. Bununla həmin insanların mənzil-məişət problemi tam həllini tapıb.

Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur, yəni tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Gələn il daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq. Bu il həm Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial infrastruktura malik yeni qəsəbə tikilir.

 

50 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub

 

Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində isə yenə Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə bu günlərdə Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə çıxışı zamanı xanım Mehriban Əliyeva bir daha məcburi köçkünlərin sosial problemlərinin həllinin xüsusi diqqət mərkəzində yer almaqda davam edəcəyini bildirdi: “Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi Azərbaycanın müstəqil siyasətidir. Bütün bu illər boyu Azərbaycan dövləti soydaşlarımızın üzləşdiyi problemlərin həlli üçün öz gücü ilə bütün lazımi tədbirləri görüb, lazımi addımları atıb bunun nəticələri bu gün göz qabağındadır. Ölkəmizdə bir dənə olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın köçkün yeni işlə təmin olunub”.

Qeyd olunanlar bir daha bu reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu məqama toxunan Mehriban xanım Əliyeva qeyd edir: “...İndiki mərhələdə digər yerlərdə - yararsız binalarda, yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq bağçalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın vəziyyəti yaxşılaşdırılmalıdır. İlk mərhələdə ən ağır vəziyyətdə yaşayan insanlar yeni mənzillərə köçürülməlidir. Bundan sonra ardıcıl olaraq digər qaçqın köçkün ailələrinin yaşayış vəziyyəti yaxşılaşdırılmalıdır. Biz bunun üçün çalışırıq çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu problemi öz gücü ilə həll edəcək. Bildiyiniz kimi, Azərbaycan bu gün güclü qüdrətli müstəqil dövlətdir... Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür biz bu yoldan dönməyəcəyik”.

Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini artırır. Məcburi köçkün soydaşlarımız da onlara yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirir dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan edirlər. Onlar bu istiqamətdə aparılan dövlət siyasətinə tam dəstək verirlər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2017.-7 oktyabr.- S.1; 6.