Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin
aparılması və daşınmaz əmlak obyektlərinə
ünvan verilməsi Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 11, maddə 981; 2010, ¹ 7, maddə 610, ¹ 8, maddə 720; 2012, ¹ 2, maddə 79; 2014, ¹ 2, maddə 123; 2015, ¹ 9, maddə 1002; 2016, ¹ 6, maddə 1037) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə “yerləşən” sözündən sonra “torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla),” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 8 oktyabr.- S.2.