Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan mallara
görə ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1256; 2017, ¹ 1, maddə 48, ¹ 6, maddə 1073) ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 5.3-cü bəndinin üçüncü cümləsində “forması” sözü “vahid forması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.2-1-ci maddəsinə əsasən,” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 8 oktyabr.- S.2.