Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Oktyabrın 7-də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Söhbət zamanı Azərbaycan-Türkiyə
ikitərəfli münasibətlərinin müxtəlif aspektləri
barədə fikir mübadiləsi
aparıldı. Qeyd olundu
ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri
uğurla inkişaf edir. Eyni zamanda,
Prezident Rəcəb Tayyib
Ərdoğanın oktyabrın sonunda Azərbaycana
nəzərdə tutulmuş səfəri
və səfərin proqramı ilə bağlı məsələlər
müzakirə edildi.
Azərbaycan.-
2017.- 8 oktyabr.- S. 1.