Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Oktyabrın 7-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə telefonla
zəng edib.
Dövlətimizin başçısı
Vladimir Putini ad günü
münasibətilə səmimi
qəlbdən təbrik
edib, ona Rusiya xalqının firavanlığı naminə
ali dövləti
fəaliyyətində yeni-yeni
uğurlar, möhkəm
cansağlığı arzulayıb.
Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət
başçıları Azərbaycan ilə Rusiya
arasında strateji tərəfdaşlıq
prinsiplərinə əsaslanan dostluq
münasibətlərinin bundan sonra da bütün
sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini
ifadə edib, əməkdaşlığımızın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıblar.
Azərbaycan.-
2017.- 8 oktyabr.- S. 1.