Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.Mənəvi Dəyərlərin Təbliği Fondu (bundan sonra - Fond) mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) tabeliyində fəaliyyət göstərir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, habelə sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyətinin məqsədi,
vəzifələri və hüquqları
2.1. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
2.2. Fond bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. aşağıdakı istiqamətlərdə layihələrin həyata keçirilməsinə maliyyə təminatı yaratmaq üçün tədbirlər görür:
1. mənəvi dəyərlərin qorunması;
2. mənəvi, dini dəyərlərin araşdırılması;
3. dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası;
2.2.2. məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına dəstək verir;
2.2.3. dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verir;
2.2.4. dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım göstərir;
2.2.5.təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə maddi yardım göstərir;
2.2.6. istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına maddi yardım göstərir;
2.2.7. Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, habelə müharibə əlillərinə maddi yardım göstərir;
2.2.8. aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi ilə bağlı maddi yardım göstərir;
2.2.9. xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərilməsi üçün tədbirlər görür, o cümlədən onların dərman vasitələri, zəruri ərzaq və əsas tələbat malları almasına maddi yardım göstərir;
2.2.10. çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial problemlərinin aradan qaldırılması və onlara ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması, habelə belə şəxslərə (ailələrə) sosial xidmət göstərilməsinin təşkili istiqamətində tədbirlər görür;
2.2.11. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının hazırlanmasına dəstək verir;
2.2.12. valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi ilə bağlı tədbirlər görür, onlara maddi yardım göstərir;
2.2.13. din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir;
2.2.14. Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
2.2.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın açıqlanmasını və daim yenilənməsini təmin edir;
2.2.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
2.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsas prinsipləri rəhbər tutur.
2.4. Fondun aşağıdakı hüquqları vardır:
2.4.1. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
2.4.2. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
2.4.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların aparılması üçün elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, işçi qruplar, komissiyalar və şuralar yaratmaq;
2.4.4. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
2.4.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
2.4.6.fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
2.4.7. əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
2.4.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
2.4.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3. Fondun idarə olunması
3.1. Fondun işçilərinin say həddini və əməkhaqlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
3.2. Bu Nizamnamənin 3.1-ci bəndi nəzərə alınmaqla, Fondun strukturunu və ayrılmış büdcə təxsisatı daxilində onun xərclər smetasını, habelə fəaliyyətinə dair hesabatları Komitə təsdiq edir.
3.3. Fondun fəaliyyətinə ümumi nəzarəti Himayəçilik Şurası (bundan sonra - Şura) həyata keçirir.
3.4. Şura, onun sədri də daxil olmaqla, beş üzvdən ibarətdir. Şura üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
3.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
3.6. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
3.7. Şura qərar qəbul etməkdə müstəqildir.
3.8. Şura aşağıdakı vəzifələri yerinə yetirir:
3.8.1. Fondun inkişaf istiqamətlərini müəyyən edir;
3.8.2. Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi ilə bağlı təkliflər verir;
3.8.3. Fondun fəaliyyətinin qanunvericiliyə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;
3.8.4. Fondun məqsədinə uyğun layihələrin maliyyələşdirilməsi və tədbirlərin həyata keçirilməsi üçün dəstəklənməsi prioritet hesab edilən sahələr barədə təkliflərini Fondun İcraçı direktoruna (bundan sonra - İcraçı direktor) təqdim edir;
3.8.5. İcraçı direktorun təqdimatına əsasən, Fondun xərclər smetasının layihəsini və balansını müzakirə edir və təkliflər verir;
3.8.6. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxır və qərar qəbul edir;
3.8.7. Fondun fəaliyyəti ilə bağlı illik hesabatlara rəy verir;
3.8.8. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Komitəyə təkliflər verir;
3.8.9. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.
3.9. Şuranın iclasları ildə iki dəfədən az olmayaraq çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, Şura sədrinin səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
3.10. Şuranın sədri:
3.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
3.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
3.10.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
3.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
3.11. Şuranın üzvlərinin aşağıdakı hüquqları vardır:
3.11.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak etmək;
3.11.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
3.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirmək;
3.11.4. Şuranın
səlahiyyətlərinə aid məsələlərə Şuranın
iclaslarında baxılması
barədə təkliflər
vermək;
3.11.5. Şuranın
qərarları ilə,
iclas protokolları ilə və digər sənədlərlə
tanış olmaq.
3.12. Şura üzvləri Şuranın
iclaslarında baxılan
məsələlərə qərəzsiz yanaşmalı,
Şura üzvünün
adına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara
yol verməməlidirlər.
3.13. Fondun cari fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən İcraçı
direktor rəhbərlik
edir. İcraçı direktor Fonda həvalə
olunmuş vəzifələrin
yerinə yetirilməsi
və hüquqların
həyata keçirilməsi
üçün cavabdehdir.
3.14. İcraçı
direktorun Komitənin sədri tərəfindən
vəzifəyə təyin
və vəzifədən
azad edilən iki müavini vardır.İcraçı direktorun
müavinləri İcraçı
direktor tərəfindən
onlara həvalə edilmiş vəzifələri
yerinə yetirirlər.
İcraçı direktor müvəqqəti
olmadıqda onu müvafiq əmrlə onun müavinlərindən
biri əvəz edir.
3.15. İcraçı
direktor aşağıdakı
vəzifələri yerinə
yetirir:
3.15.1. Fondun fəaliyyətini təşkil
edir, cari fəaliyyətinə rəhbərlik
edir və Fondu təmsil edir;
3.15.2. Fondun illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla
təsdiq edir;
3.15.3. təsisçinin
səlahiyyətlərini həyata
keçirmək üçün
Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə və Komitəyə təkliflər
verir və sənədlər təqdim
edir;
3.15.4. Fondun fəaliyyətinə dair illik hesabatı hazırlayaraq, Şuranın
rəyi ilə birlikdə Komitəyə təqdim edir;
3.15.5. bu
Nizamnamə ilə müəyyən edilmiş
vəzifələri həyata
keçirmək üçün
Şuraya təkliflər
verir və sənədlər təqdim
edir;
3.15.6. Komitənin
razılığı ilə
Fondun təsərrüfat
cəmiyyətlərinin yaradılması
və ya onlarda iştirak barədə, həmçinin
idarə, filial və nümayəndəliklərinin yaradılması
barədə qərar
qəbul edir;
3.15.7. Komitənin
razılığı ilə
aidiyyəti şəxslə
dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox
hissəsini təşkil
edən əqdin bağlanması barədə
qərar qəbul edir;
3.15.8. aidiyyəti
şəxslə dəyəri
Fondun aktivlərinin 5 faizədək hissəsini
təşkil edən əqdin bağlanması barədə qərar qəbul edir;
3.15.9. bu
Nizamnamə ilə müəyyən olunmuş
səlahiyyətlər çərçivəsində
Fondun adından əməliyyatlar aparır,
müqavilələr bağlayır
və onların yerinə yetirilməsini təmin edir;
3.15.10. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində
Fondun Aparatının
və qurumlarının
strukturunu, ştat cədvəlini təsdiq edir;
3.15.11. bu
Nizamnamənin 3.14-cü bəndini
nəzərə almaqla,
Fondun, o cümlədən
onun idarə, filial və nümayəndəliklərinin
işçilərini işə
qəbul edir, onlar barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirləri görür;
3.15.12. Fondun işçilərinin vəzifə
maaşlarının, vəzifə
maaşlarına əlavələrin,
mükafatların və
digər ödənişlərin
verilməsini əməkhaqqı
fondu çərçivəsində
təşkil edir;
3.15.13. Fondun fəaliyyətinin təşkili
və həyata keçirilməsi ilə bağlı icrası məcburi olan sərəncam və əmrlər verir;
3.15.14. Fondun vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
3.15.15. işçilərin
peşəkarlıq səviyyəsinin
artırılmasını təmin
edir;
3.15.16. Fondun fəaliyyət istiqamətləri
üzrə məşvərətçi
komitələr və
işçi qruplar yaradır;
3.15.17. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin
edir;
3.15.18. Fondda vətəndaşların qəbulunu
və müraciətlərinə
baxılmasını təmin
edir.
3.16. Fond öz fəaliyyətində və
idarəetmədə mütərəqqi
korporativ idarəetmə
standartlarını tətbiq
edir.
4. Fondun
nizamnamə kapitalı,
əmlakı və maliyyə fəaliyyətinin
əsasları
4.1. Fondun nizamnamə kapitalı 100
000 (bir yüz min) manatdır.
4.2. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin
verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan
vəsaitdən, fəaliyyətindən
əldə etdiyi gəlirdən, ianələrdən,
qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.
4.3. Fondun saxlanması və fəaliyyətinin təmin
edilməsi Fondun əmlakı hesabına həyata keçirilir.
4.4. Fond əmlakından
yalnız bu Nizamnamədə müəyyən
olunmuş məqsədlərə
uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə
səlahiyyətlərini “Dövlət
əmlakının qorunub
saxlanılması və
səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı
ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
4.5. Dövlət
Fondun öhdəlikləri
üçün cavabdeh
deyildir və onun fəaliyyəti ilə bağlı mümkün zərərə
görə Fonda verdiyi
əmlakın dəyəri
həddində risk daşıyır.
4.6. Fond qanunla nəzərdə tutulmuş
vergiləri və digər məcburi ödənişləri ödədikdən
sonra Fondun, onun təsərrüfat cəmiyyətlərinin, idarə,
filial və nümayəndəliklərinin
fəaliyyətindən əldə
edilmiş mənfəəti
üzərində, bu
Nizamnamənin tələbləri
nəzərə alınmaqla,
müstəqil sərəncam
vermək hüququna malikdir.
5. Fondun
fəaliyyətinə nəzarətin
forması
5.1. Fondun fəaliyyətinə Komitə
nəzarət edir.
5.2. Fondun fəaliyyətinə dair illik hesabat Komitəyə
təqdim edilir.
6. Fondda
uçot və hesabat
6.1. Fond “Mühasibat
uçotu haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə qeyri-kommersiya təşkilatları
üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib,
təqdim və dərc edir.
6.2. Fond “Rəsmi
statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatlar tərtib edir.
6.3. Fond idarə,
filial və nümayəndəlik
və təsərrüfat
cəmiyyətlərinin maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını
təmin edir.
7. Fondun ləğvi və yenidən
təşkili
Fondun
ləğvini və yenidən təşkilini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan.-
2017.- 11 oktyabr.- S.2; 6.