Prezident İlham
Əliyev Soçidə dövlət
və hökumət başçılarının şərəfinə
verilən naharda iştirak edib
Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasının Soçi şəhərinə
səfəri oktyabrın 11-də başa
çatıb.
AZƏRTAC
Azərbaycan.- 2017.-12 oktyabr.- S.2.