Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
Nizamnaməsi
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra - Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
1.2. Məktəb hüquqi şəxsdir, müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, o cümlədən hərbi əmlaka, xəzinə və bank hesablarına, döyüş bayrağına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) və özünün adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.
1.3. Məktəbin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq və müvafiq elmi sahələr üzrə tədqiqat işləri aparılmasını təşkil etməkdir.
1.4. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.
1.5. Məktəb dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
1.6. Məktəb “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.
1.7. Məktəb Bakı şəhərində yerləşir.
2. Məktəbin fəaliyyətinin əsas istiqamətləri
2.1. Məktəbin fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir.
2.2. Tədris işi hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, taktiki səviyyədə komanda və digər vəzifələrdə xidmət etmək üçün ali təhsilli zabit kadrları hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və buraxılış işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.
2.3. Təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir və hərbi vətənpərvərlik, mənəvi-əxlaqi, estetik tərbiyə, hüquqi və fiziki hazırlıq məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır.
2.4. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:
2.4.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;
2.4.2. dəyişən heyətə dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;
2.4.3. dəyişən heyətin hərbi nizam-intizamını, döyüş hazırlığını təmin etmək;
2.4.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.
2.5. Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin peşə səviyyəsini artırmaqdır.
2.6. Metodik işin əsas formaları
aşağıdakılardır:
2.6.1. tədris məşğələlərinin,
təlim-tərbiyə işinin aparılması və təminatı
üçün tədris-metodik sənədlərin işlənilməsi;
2.6.2. rəhbər
heyətin, professor-müəllim heyətinin və təhsilalanların
komandirlərinin pedaqoji ustalıqlarının
artırılması, bu məqsədlə tədris-metodiki
toplantı, müşavirə, elmi-metodik konfrans, seminar və
metodiki məşğələlərin keçirilməsi;
2.6.3. tədris məşğələlərinə
nəzarətin təşkili və aparılması;
2.6.4. pedaqoji
(metodiki) təcrübənin keçirilməsi və onun nəticələrinin
tədris prosesinə tətbiqi;
2.6.5. tədris və
təlim-tərbiyə prosesi metodikasına elmi şura,
fakültə və kafedra iclaslarında baxılması.
2.7. Məktəbin elmi fəaliyyəti
elmin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların
nəticələrinin tədris prosesində tətbiqinə
yönəldilir.
2.8. Elmi tədqiqat işinin mahiyyəti
aşağıdakılardır:
2.8.1. dərsliklər,
dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, elmi
məqalələr, mühazirə, elmi-metodik və konfrans
materialları, məlumat bülletenləri hazırlamaq;
2.8.2. elmi
araşdırmalar aparmaq;
2.8.3. elmi tədqiqat
işlərinin aparılmasını təşkil etmək və
həmin sahədə metodik kömək göstərmək.
2.9. Redaksiya-nəşriyyat işinin
mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik
vəsaitlərin, monoqrafiyaların, məcmuələrin, elmi
məqalələrin, elmi-metodik və konfrans
materiallarının, məlumat bülletenlərinin və digər
materialların redaktə edilməsi və nəşrindən
ibarətdir.
3. Məktəbin
vəzifələri və hüquqları
3.1. Məktəbin vəzifələri
aşağıdakılardır:
3.1.1. Azərbaycan Ordusu
üçün xüsusi ixtisaslar üzrə ali
təhsilli zabit kadrları hazırlamaq, tələbata
uyğun olaraq əlavə təhsili həyata keçirmək;
3.1.2. təhsil
proqramlarını və tədris planlarını
hazırlamaq;
3.1.3. dəyişən
heyətin attestasiyasını keçirmək;
3.1.4. təhsil
haqqında diplomlar, habelə “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər
sənədlər vermək;
3.1.5. tədris
prosesinin maddi-texniki təminatını həyata keçirmək,
bina və otaqları mövcud norma və tələblərə
uyğun qurmaq;
3.1.6. təlim-tərbiyə prosesini
yüksək səviyyədə təşkil etmək, dəyişən
heyətin intellektual, mədəni və mənəvi
inkişafını təmin etmək, peşəkarlıq
xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7. fəaliyyət
sahəsi üzrə elmi tədqiqat işlərinin
aparılmasını təşkil etmək;
3.1.8. Məktəbə ayrılan
maliyyə vəsaitinin təyinatı üzrə istifadə
olunmasını təmin etmək;
3.1.9. təhsil
prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik,
elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq
və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək
və inkişaf etdirmək;
3.1.10. dövlət
sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin
təmin olunması üçün zəruri tədbirlər
görmək;
3.1.11. “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
3.2. Məktəbin
aşağıdakı hüquqları vardır:
3.2.1. “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun
olaraq, tədris prosesini sərbəst həyata keçirmək;
3.2.2. Məktəbin tədris, metodik,
elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini
planlaşdırmaq və təşkil etmək;
3.2.3. tədris
prosesinin metodiki təminatını təşkil etmək və
təkmilləşdirmək, təlimin forma və
metodlarını müəyyən etmək;
3.2.4. iclaslar,
seminarlar, konfranslar təşkil etmək və həyata
keçirmək;
3.2.5. Müdafiə Nazirliyinin və Məktəbin
fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat
işlərini həyata keçirmək;
3.2.6. Məktəbin hərbi
qulluqçularına və işçilərinə fəxri
adlar, dövlət təltifləri və mükafatlar verilməsi
üçün Müdafiə Nazirliyi qarşısında vəsatət
qaldırmaq;
3.2.7. Müdafiə Nazirliyinin təlim
mərkəzlərindən istifadə etmək;
3.2.8. Məktəbin strukturunun təkmilləşdirilməsi,
ştat cədvəlində dəyişikliklər edilməsi
və maddi-texniki təminatının
yaxşılaşdırılması ilə bağlı
Müdafiə Nazirliyinə təkliflər vermək;
3.2.9. Məktəbin fəaliyyət
istiqamətlərinə aid məsələlər üzrə
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri
məlumatların alınması barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.10. “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin təhsil müəssisələri
və müvafiq qurumları ilə əməkdaşlıq etmək
və təcrübə mübadiləsi aparmaq;
3.2.11. Məktəbin fəaliyyətinin
təşkili məqsədi ilə qanunvericiliyə zidd olmayan
aktlar qəbul etmək;
3.2.12. “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
4. Məktəbin
strukturu və idarə olunması
4.1. Məktəbin strukturunu, ştat
cədvəlini və xərclər smetasını Azərbaycan
Respublikasının müdafiə naziri (bundan sonra-müdafiə
naziri) təsdiq edir.
4.2. Məktəbin strukturuna
komandanlıq, tədris şöbəsi, fakültələr,
kafedralar, kursant taborları və bölükləri, digər
şöbələr və xidməti bölmələr
daxildir.
4.3. Məktəbin
komandanlığı Məktəbin rəisindən və onun
müavinlərindən ibarətdir.
4.4. Məktəbin rəisi müdafiə
nazirinin təqdimatına əsasən, Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilir. Məktəb
rəisinin müavinlərini müdafiə naziri vəzifəyə
təyin və vəzifədən azad edir.
4.5. Məktəbin fəaliyyətinə
ümumi rəhbərliyi Müdafiə Nazirliyi həyata
keçirir.
4.6. Məktəbin fəaliyyətinə
bilavasitə rəhbərliyi Məktəbin rəisi həyata
keçirir.
4.7. Məktəbin rəisi:
4.7.1. bütün
şəxsi heyətin birbaşa rəisi olmaqla, Məktəbin
fəaliyyətini təşkil edir və Məktəbə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsinə və
hüquqların həyata keçirilməsinə görə
şəxsən məsuliyyət daşıyır;
4.7.2. Məktəbin təhsil, təlim-tərbiyə,
tədris-metodik, elmi tədqiqat, redaksiya-nəşriyyat və
maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik
edir;
4.7.3. Məktəbin struktur bölmələrinin
fəaliyyətini tənzimləyən sənədləri təsdiq
edir;
4.7.4. Məktəbdə daxili intizam və
günün nizam qaydalarını təsdiq edir;
4.7.5. Azərbaycan Respublikasının
dövlət orqanları və digər qurumları ilə,
habelə beynəlxalq təşkilatlarla münasibətdə
Məktəbi təmsil edir;
4.7.6. Məktəbin rəis
müavinlərinin və digər vəzifəli şəxslərinin
vəzifə borclarını müəyyən edir;
4.7.7. Məktəbin ştat cədvəli,
struktur bölmələrinin yaradılması, yenidən təşkili
və ləğvi barədə Müdafiə Nazirliyinə təkliflər
verir;
4.7.8. Məktəbdə maddi vəsaitlərin
uçotunu təşkil edir;
4.7.9. müdafiə
nazirinin və onun müavinlərinin əmr və sərəncamlarında
nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə
yetirilməsini təmin edir;
4.7.10. bu Nizamnamə
ilə müəyyən edilmiş səlahiyyətləri
çərçivəsində Məktəbin şəxsi
heyəti üçün icrası məcburi olan əmr və
göstərişlər verir;
4.7.11. şəxsi
heyətə hərbi rütbələrin verilməsi, şəxsi
heyətin vəzifələrə təyin olunması və təltif
edilməsi barədə yuxarı komandanlıq
qarşısında vəsatət qaldırır;
4.7.12. “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”yə uyğun olaraq, Məktəbin
müddətli və müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçularına növbəti
“kiçik çavuş” və “çavuş” hərbi
rütbələri verir;
4.7.13. daimi və
dəyişən heyətin pul təminatını, əməyinin
ödənilməsini və
mükafatlandırılmasını təşkil edir;
4.7.14. kargüzarlıq
və arxiv işinin aparılmasını, dövlət
sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin
həyata keçirilməsini və məxfilik rejiminə riayət
olunmasını təmin edir;
4.7.15. Məktəbin fəaliyyəti
ilə bağlı onun Elmi Şurasının səlahiyyətlərinə
aid edilməyən digər məsələləri həll
edir;
4.7.16. Məktəbin Elmi
Şurasının tərkibinə dair müdafiə nazirinə
təkliflər verir, Məktəbin Elmi Şurasının
işini təşkil edir və digər məşvərətçi
orqanlarına rəhbərlik edir;
4.7.17. vətəndaşların
qəbulunu və müraciətlərinə
baxılmasını təmin edir.
4.8. Məktəb rəisinin
müavinləri Məktəbin rəisinə tabedirlər və
Məktəbin şəxsi heyətinin birbaşa rəisləridirlər.
Məktəbin rəisi olmadıqda və ya
üzrlü səbəblərdən öz səlahiyyətlərini
icra edə bilmədikdə, Məktəb rəisinin müavinlərindən
biri onun səlahiyyətlərini həyata keçirir.
4.9. Məktəbdə tədris, tədris-metodik
və elmi tədqiqat işləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Müdafiə
Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil
edilir.
4.10. Məktəbin fəaliyyətinin
mühüm məsələlərinin müzakirəsi
üçün ali idarəetmə
orqanı - Məktəbin Elmi Şurası (bundan sonra - Elmi
Şura) yaradılır.
4.11. Elmi Şuranın tərkibini Məktəb
rəisinin təqdimatı ilə Müdafiə Nazirliyinin
Aparatının strukturunda Məktəbin fəaliyyətinə
cavabdeh olan rəis (bundan sonra - Məktəbin tabe olduğu rəis)
təsdiq edir. Elmi Şuranın tərkibinə
Məktəbin rəisi (Elmi Şuranın sədri), Məktəb
rəisinin müavinləri, elmi katib, şöbə,
fakültə və kafedra rəisləri daxildirlər. Elmi Şuranın professor-müəllim heyətindən
və elmi əməkdaşlardan olan digər üzvləri
müvafiq kollektivlərin iclaslarında gizli səsvermə
yolu ilə seçilirlər. Məktəb
rəisinin vəsatətinə əsasən, Elmi
Şuranın tərkibinə digər şəxslər də
daxil edilə bilərlər.
4.12. Məktəb rəisinin tədris
işlərinə cavabdeh olan müavini Elmi Şura sədrinin
müavinidir. Elmi Şura üzvlərindən
biri Elmi Şuranın katibi seçilir. Elmi
Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın üzvlərinin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi barədə qərar
Elmi Şuranın üzvlərinin azı üçdəiki
hissəsinin səs çoxluğu ilə qəbul edilir.
4.13. Elmi Şuranın fəaliyyəti
Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil
edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət
göstərir.
4.14. Elmi Şuranın qərarları
Məktəb rəisinin əmrləri ilə təsdiq edilir.
4.15. Elmi Şura:
4.15.1. Məktəbin perspektiv
inkişaf planının layihələrini müzakirə edir
və qərarlar qəbul edir;
4.15.2. təhsil,
elm, metodiki iş, təlim-tərbiyə işi, maddi-tədris
bazası, redaksiya-nəşriyyat, döyüş və səfərbərlik
hazırlığı sahələrində məsələləri
müzakirə edir və qərarlar qəbul edir;
4.15.3. Məktəb, fakültə,
kafedra, təhsilalanların bölmələri (tabor,
bölük və s.) üzrə hesabatları dinləyir və
qərarlar qəbul edir;
4.15.4. bu Nizamnamədə
dəyişikliklər edilməsinə dair təkliflər
hazırlayır;
4.15.5. daimi və
dəyişən heyətin vəzifə borclarını
müzakirə edir və qərarlar qəbul edir;
4.15.6. professor-müəllim heyətinin
müvafiq vəzifələrə təyini üçün
seçkilər keçirir və qərarlar qəbul edir;
4.15.7. professor-müəllim heyətinə
elmi adların verilməsi ilə bağlı vəsatətlər
verir, Akademiyanın fəxri adlarını təsis edir və
verir;
4.15.8. Məktəbin fəaliyyət
sahələri üzrə müzakirələr keçirir və
qərarlar qəbul edir.
4.16. Təhsilalanlarda Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının tələblərinə
əməletmə vərdişi yaratmaq və Məktəbdə
nizam-intizamı təmin etmək məqsədilə intizam
orqanları - Ali İntizam Şurası və Tabor İntizam
Şurası yaradılır. İntizam
orqanlarının quruluşu, vəzifələri və
hüquqları Məktəbin tabe olduğu rəis tərəfindən
təsdiq edilən “İntizam Təlimatı” ilə tənzimlənir.
4.17. Məktəbin tədris
şöbəsi tədris prosesinin və tədris-metodiki
işin planlaşdırılmasını, təşkilini və
həmin sahədə nəzarəti həyata keçirir.
4.18. Fakültə Məktəbin
əsas təhsil və elm bölməsi olub, bir və ya bir
neçə ixtisas üzrə kadrların
hazırlanmasını, həmçinin əlavə təhsil
proqramlarını həyata keçirir.
4.19. Kafedra Məktəbin əsas
tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə
yaxın fənlər üzrə tədris, metodiki,
elmi-pedaqoji, elmi tədqiqat fəaliyyətini və əlavə
təhsili həyata keçirir.
5. Məktəbə
qəbul
5.1. Azərbaycan Respublikası vətəndaşlarının
Məktəbə qəbulu “Hərbi vəzifə və hərbi
xidmət haqqında” və “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarına və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydaya uyğun həyata keçirilir.
5.2. Məktəbə daxil olmaq
üçün namizədlərin seçilməsi Müdafiə
Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin
müayinəsi nəticələrinə əsasən həyata
keçirilir.
5.3. Məktəbə ali təhsilin bakalavriat səviyyəsinə
tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər,
zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və
hərbi vəzifəlilər qəbul olunurlar.
5.4. Məktəbə qəbul biliyin
qiymətləndirilməsi üzrə keçirilən
imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə
əsasən, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
5.5. Abituriyentlərin Məktəbə
qəbul edilməsi Məktəb rəisinin əmri ilə təsdiq
olunur.
5.6. Hərbi qulluqçuların Məktəbdə
əlavə təhsili müdafiə nazirinin müvafiq əmri
ilə həyata keçirilir.
5.7. Məktəbə qəbul edilən
və əvvəllər hərbi and içməmiş təhsilalanlar
qanunla müəyyən olunmuş qaydada hərbi and içirlər.
5.8. Məktəbə xarici ölkələrin
silahlı qüvvələrində xidmət edən hərbi
qulluqçuların qəbulu Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata
keçirilir.
5.9. Məktəbə qəbul
planını Azərbaycan Respublikasının Nazirlər
Kabineti müəyyən edir.
6. Məktəbdə
tədris işinin təşkili
6.1. Məktəbdə tədris
işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən
təsdiq edilən “Xüsusi təyinatlı ali
təhsil müəssisələrinin təhsil fəaliyyətinin
təşkili haqqında Təlimat”a əsasən təşkil
olunur və aparılır.
6.2. Məktəb ali təhsilin bakalavriat səviyyəsi
və əlavə təhsil üzrə təhsil
proqramlarını həyata keçirir.
6.3. Məktəbdə təhsilin
müddəti, məcburi auditoriya dərsləri, həftəlik
tədris işi, ali təhsilin dövlət
standartlarına müvafiq olaraq, tədris proqramlarına və
tədris planlarına əsasən müəyyən edilir.
6.4. Məktəbdə təhsil əyani
formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan
dilində aparılır.
6.5. Məktəbdə tədris məşğələlərinə
mühazirə, seminar, praktik və laboratoriya məşğələləri,
qrup çalışması və qrup məşğələsi,
taktiki (xüsusi-taktiki) məşğələ, taktiki
(xüsusi-taktiki) təlim, komanda-qərargah təlimləri, hərbi
oyun və kurs işi (layihəsi, tapşırığı)
daxildir. Tədris məşğələlərinin
növləri tədris planı ilə müəyyən
olunur.
6.6. Məktəbə qəbul olunana
qədər qanunla müəyyən edilmiş qaydada müddətli
həqiqi hərbi xidmətə
çağırılmamış və ya
çağırılmış, lakin qanunla müəyyən
olunmuş müddətli həqiqi hərbi xidmət müddətini
tam keçməmiş kursantlar (18 yaşınadək və
ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə
yararsız hesab olunduğuna görə xaric edilənlər
istisna olmaqla) Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müddətli həqiqi
hərbi xidmət keçmək üçün hərbi hissələrə
göndərilirlər.
7. Məktəbin
elmi tədqiqat fəaliyyəti
7.1. Məktəbin elm sahəsində
fəaliyyəti Müdafiə Nazirliyinin fəaliyyətinin
aktual problemləri üzrə elmi tədqiqat işlərinin
aparılmasına, Məktəbin profilinə uyğun olaraq
elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların
nəticələrinin tədris prosesində tətbiqinə
yönəldilir.
7.2. Məktəbdə aparılan elmi
tədqiqat işləri tətbiqi xarakter daşıyır.
7.3. Məktəb apardığı
elmi tədqiqat işlərinin nəticələrinin Müdafiə
Nazirliyinin fəaliyyətində və tədris prosesində
(mühazirə, məşğələ, seminar və
laboratoriya dərslərində, kurs layihələrində,
kurs və buraxılış işlərində) tətbiqini
və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər
şəklində dərc olunmaqla, elmi forumlarda məruzə
edilərək yayılmasını təşkil edir.
7.4. Məktəbdə həyata
keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi
aşağıdakılardan ibarətdir:
7.4.1. tətbiqi-nəzəri
araşdırmalar aparılmasını, elmi tədqiqat və
elmi-texniki işlərin həyata keçirilməsini təmin
etmək;
7.4.2. elmi xarakterli
tapşırıqları icra etmək;
7.4.3. kadrların
elmi potensialından səmərəli istifadə etməklə
təlimin keyfiyyətini yüksəltmək;
7.4.4. professor-müəllim heyətinin
ixtisas səviyyəsini artırmaq;
7.4.5. elmi tədqiqatların
nəticələrinin və nailiyyətlərinin tətbiqini
təşkil etmək;
7.4.6. tədris və
elmi proseslərin vəhdətini təmin etmək;
7.4.7. elmi tədqiqat
işlərinin nəticələrini tədris prosesində və
Müdafiə Nazirliyinin fəaliyyətində tətbiq etmək;
7.4.8. elmi tədqiqat
işlərinin əsas istiqamətləri üzrə milli və
beynəlxalq təcrübəni öyrənmək, təhlil
etmək və bu tətbiqi zəruri hesab edilən təcrübə
barədə Müdafiə Nazirliyinə təkliflər vermək;
7.4.9. müraciət
əsasında Müdafiə Nazirliyi üçün analitik,
məsləhət və proqnozlaşdırma fəaliyyəti
həyata keçirmək;
7.4.10. normativ
hüquqi aktların layihələrinin hazırlanmasında
iştirak etmək;
7.4.11. dərsliklər,
dərs vəsaitləri, monoqrafiyalar, məqalələr, məruzələr,
təkliflər və rəylər hazırlamaq;
7.4.12. milli və
xarici ekspertlərin iştirakı ilə elmi seminarlar,
konfranslar, simpoziumlar və konqreslər keçirmək.
7.5. Akademiyada elmi tədqiqat işlərinin
istiqamətlərini Elmi Şura müəyyən edir.
7.6. Akademiyanın elmi tədqiqat fəaliyyəti
Elmi Şuranın Müdafiə Nazirliyi ilə
razılaşdırmaqla təsdiq etdiyi perspektiv və cari
planlara uyğun olaraq həyata keçirilir.
8. Məktəbin
daimi heyəti
8.1. Məktəbin daimi heyəti
komandanlıqdan, təhsilalanların komandirlərindən,
professor-müəllim heyətindən və elmi işçilərdən,
vəzifələri ştat cədvəli ilə təsdiq
edilmiş digər hərbi qulluqçulardan və
işçilərdən ibarətdir.
8.2. Daimi heyətdən olan hərbi
qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hərbi
xidmətkeçmə haqqında Əsasnamə”yə
müvafiq olaraq, müdafiə naziri vəzifəyə təyin
və vəzifədən azad edir. Daimi heyətin
tərkibinə daxil olan digər işçiləri Məktəbin
rəisi işə qəbul və işdən azad edir.
8.3. Daimi heyətdən olan hərbi
qulluqçuların hüquq və vəzifələri “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və
hərbi xidmət sahəsində Azərbaycan
Respublikasının digər qanunları, “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikası Prezidentinin aktları, bu Nizamnamə, Məktəbin
daxili intizam qaydaları və Müdafiə Nazirliyinin normativ
hüquqi aktları ilə müəyyən olunur.
8.4. Daimi heyətdən olan digər
işçilərin, o cümlədən Məktəbin
inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat,
mühəndis-texniki, tədris-köməkçi heyətinə
aid şəxslərin hüquq və vəzifələri Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu Nizamnamə və
Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə
müəyyən olunur.
8.5. Daimi heyətdən olan
işçilər vəzifə borclarının yerinə
yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması
və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə
Məktəbin tabe olduğu rəisin icazəsi ilə
iştirak edə bilərlər.
8.6. Professor-müəllim heyətinə
fakültə və kafedra rəisləri (müdirləri),
onların müavinləri, silsilə rəisləri, professor,
dosent, baş müəllim və müəllim vəzifələrini
tutan hərbi qulluqçular və işçilər aiddirlər.
8.7. Professor-müəllim heyətinin
say tərkibini tədris yükündən asılı olaraq,
müdafiə naziri müəyyən edir.
8.8. Professor-müəllim heyəti vəzifələrinin
mülki işçilərlə komplektləşdirilməsi
müsabiqə yolu ilə həyata keçirilir.
8.9. Professor-müəllim heyəti və
elmi işçi vəzifələrinə peşə
hazırlığına, sağlamlığına və mənəvi
keyfiyyətlərinə görə müasir tələblərə
uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq
bacarığı olan şəxslər təyin olunurlar. Elmi
dərəcəsi və elmi adı, vəzifənin profilinə
uyğun ali təhsili, pedaqoji təcrübəsi
olan şəxslər professor-müəllim heyəti vəzifələrinə
təyinat zamanı üstünlüyə malikdirlər.
8.10. Professor-müəllim heyəti məşğələlərin
keçirilməsi zamanı təhsilalanların rəisləri
hesab olunur. Professor-müəllim heyətinin tədris
məşğələlərinin keçirilməsi
zamanı verdikləri göstərişlər təhsilalanlar
üçün məcburidir.
8.11. Professor-müəllim heyəti tədris,
təlim-tərbiyə, metodiki və elmi tədqiqat işlərini
kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında
həyata keçirir.
8.12. Professor-müəllim heyəti və
elmi işçilər təlim-tərbiyə sahəsində
uğurlarına görə Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin hərbi nizamnamələrində,
Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə
tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər
dövlət mükafatları, fəxri adlar, orden və
medallar, döş nişanları, fəxri fərmanlarla
mükafatlandırıla bilərlər.
8.13. Professor-müəllim heyətinə
və elmi işçilərə hərbi və əmək
intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri
hərbi qulluqçulara münasibətdə - “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi”ndə, digər işçilərə
münasibətdə - Azərbaycan Respublikasının Əmək
Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq
edilir.
8.14. Professor-müəllim heyətinin
və elmi işçilərin beynəlxalq tədbirlərdə
iştirakına, onların kütləvi informasiya vasitələrində
Məktəbin adından çıxışlarına Məktəbin
tabe olduğu rəis icazə verir.
8.15. Təhsilalanların komandirləri
(rəisləri) onların birbaşa rəisləridirlər. Onlar təhsilalanların tədris və tərbiyə
işlərinin, hərbi intizamının vəziyyətinə,
hərbi nizamnamələrin tələblərini bilmələrinə
və onlara əməl etmələrinə, günün nizam
qaydalarına riayət olunmasına, bölməyə aid olan
silah, hərbi texnika və digər hərbi əmlakın
qorunub saxlanılmasına cavabdehdirlər.
9. Məktəbin
dəyişən heyəti
9.1. Məktəbin dəyişən
heyəti Məktəbdə təhsil alan
kursantlar, dinləyicilər, həmçinin tədris prosesini
təmin edən müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularıdır.
9.2. Kursantlar - Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul
olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi
xidmət keçən vətəndaşlardır.
9.3. Dinləyicilər - Məktəbdə
əlavə təhsil proqramları üzrə təhsil alan hərbi qulluqçulardır.
9.4. Tədris prosesini təmin edən
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları - Məktəbdə “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətlərdə həqiqi hərbi xidmət keçən
çavuş və əsgərlərdir.
9.5. Dinləyicilərin əlavə təhsil
alması “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun
olaraq həyata keçirilir.
9.6. Hərbi liseylərin məzunları
və hərbi rütbəsi olmayan mülki şəxslər
sırasından Məktəbə qəbul edilmiş kursantlara
“əsgər” hərbi rütbəsi verilir.
9.7. Dəyişən heyətin tərkibinə
daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq,
tibbi və yaşayış yeri (yataqxana) təminatı
dövlət tərəfindən həyata keçirilir.
9.8. Dəyişən heyətin təhsil
müddəti dövründə hüquq və vəzifələri
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi
xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu və hərbi xidmət sahəsində
Azərbaycan Respublikasının digər qanunları, “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikası Prezidentinin aktları, bu Nizamnamə və
Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə
müəyyən olunur.
9.9. Tədris qruplarının və
manqalarının komandirləri Məktəb rəisinin əmri
ilə müvafiq kursun kursantlarından təyin olunurlar. Bu vəzifələrə təyin edilmiş
kursantlara müəyyən olunmuş qaydada “kiçik
çavuş” və “çavuş” hərbi rütbəsi
verilir.
9.10. İstirahət və bayram
günləri kursantların Məktəbin yerləşdiyi ərazidən
buraxılışı Məktəbin rəisi tərəfindən
təsdiq edilən qaydalara əsasən həyata
keçirilir.
9.11. Dəyişən heyətdən
olan hərbi qulluqçular təhsildə və təlimdə
əldə etdikləri yüksək göstəricilərə,
elmi tədqiqat işlərində fəal iştiraka və hərbi
xidməti borcun nümunəvi yerinə yetirilməsinə
görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
İntizam Nizamnaməsi”ndə və Müdafiə Nazirliyinin
normativ hüquqi aktlarında nəzərdə tutulmuş
qaydada həvəsləndirilirlər.
9.12. Dərs əlaçıları
olan, elmi tədqiqat işlərində fəal iştirak edən
kursantlar adlı təqaüdlərlə
mükafatlandırılırlar.
9.13. Dəyişən heyətdən
olan hərbi qulluqçulara hərbi və tədris
intizamını pozduqlarına görə “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam
tənbehi tədbirləri tətbiq edilir.
9.14. Məktəbin təhsilalanları
xarici ölkələrin ali hərbi təhsil
müəssisələrində Müdafiə Nazirliyinə
ayrılmış yerlərdə təhsil almaq məqsədi
ilə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq, həmin ölkələrə ezam oluna bilərlər.
9.15. Dəyişən heyətdən
olan şəxslər vəzifə borclarının yerinə
yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması
və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə
yalnız Məktəbin tabe olduğu rəisin icazəsi ilə
iştirak edə bilərlər.
9.16. Təhsilalanlar Məktəbdən
aşağıdakı hallarda xaric edilirlər:
9.16.1. öz arzusu
ilə;
9.16.2. səhhətinə
görə (hərbi-həkim komissiyasının qərarına
əsasən);
9.16.3. təhsildə
müvəffəqiyyətsizliyinə görə;
9.16.4. şəxsi
intizamsızlığına görə;
9.16.5. hərbi qulluqçuların
şərəfini ləkələyən nalayiq hərəkətlər
törətdiyinə görə;
9.16.6. törətdiyi
cinayət əməlinə görə məhkum olunduqda.
9.17. Kursantlar Məktəbdən digər
ali təhsil müəssisəsinə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi
qaydada köçürülürlər.
9.18. Təhsil almaq məqsədilə
xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi
təhsil müəssisəsindən oxumaq istəmədiyinə,
səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə
və şəxsi intizamsızlığına görə
xaric olunduqda, Məktəbdən də eyni əsasla xaric edilir.
Digər səbəblərdən xarici ölkələrin
hərbi təhsil müəssisəsindən xaric olunmuş təhsilalanların
Məktəbdə təhsil alması məsələsinə
Elmi Şurada baxılır.
9.19. Məktəbdə təhsilini
başa vurmayan şəxslərə onların müraciəti
əsasında Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən olunmuş qaydada
və formada arayış verilir.
9.20. Dövlət attestasiyasına
daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə
keçmiş kursantlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi,
təhsil haqqında dövlət sənədi (diplom) və döş
nişanı, habelə hərbi-uçot ixtisasları üzrə
3-cü məharət dərəcəsi və sertifikat, eləcə
də müdafiə nazirinin əmri ilə “leytenant” hərbi
rütbəsi verilir.
9.21. Əlavə təhsil üzrə
kursların proqramını mənimsəmiş və
imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara
əlavə təhsilin istiqaməti üzrə dövlət sənədi
verilir.
10. Məktəbin
daimi və dəyişən heyətinin vəzifələri və
hüquqları
10.1. Məktəbin professor-müəllim
heyətinin və elmi işçilərinin vəzifələri
aşağıdakılardır:
10.1.1. təhsil
proqramlarının mənimsənilməsini təmin etmək;
10.1.2. ixtisas və
elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi
araşdırmalar aparmaq;
10.1.3. elmi tədqiqatla
məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən
Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində
istifadə etmək və bu nəticələrin Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin praktik fəaliyyətində
tətbiq olunmasına kömək göstərmək;
10.1.4. dərslik və
dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və
metodlarını təmin edən elmi-metodiki materialların
işlənib hazırlanmasında, müasir texniki vasitələrin
tətbiqində iştirak etmək;
10.1.5. vətəndaşlıq
və xidməti borcunu ləyaqətlə yerinə yetirmək,
Məktəbin daxili qaydalarına əməl etməklə,
başqalarına şəxsi nümunə olmaq;
10.1.6. dəyişən
heyətdə fəal vətəndaş mövqeyi
formalaşdırmaq, onları vətənpərvərlik
ruhunda tərbiyə etmək və əmək fəaliyyətinə
hazırlamaq;
10.1.7. təhsilalanları
elmi fəaliyyətə cəlb etmək;
10.1.8. şəxsi nümunəsi ilə
dəyişən heyətdə Azərbaycan
Respublikasının müstəqilliyinə, Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına,
dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə hörmət və
qayğı hissləri aşılamaq;
10.1.9. pedaqoji etika
və əxlaq normalarına riayət etmək, müəllim
nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək;
10.1.10. təhsilalanlar
tərəfindən tədris materiallarının yüksək
səviyyədə mənimsənilməsini təmin edən
üsul və vasitələri seçmək;
10.1.11. dəyişən
heyətin fərdi keyfiyyətlərini öyrənmək,
onların şərəf və ləyaqətinə hörmətlə
yanaşmaq, onlardan dərs tapşırıqlarının
yerinə yetirilməsini və hərbi nizam-intizama riayət
olunmasını tələb etmək;
10.1.12. dəyişən
heyəti zorakılığın bütün formalarından
qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
10.1.13. dəyişən
heyətin müstəqil hazırlığına, tədris
materiallarının onlar tərəfindən mənimsənilməsinə
kömək göstərmək;
10.1.14. attestasiyadan
keçmək;
10.1.15. bu Nizamnamədə
nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.
10.2. Məktəbin professor-müəllim
heyətinin və elmi işçilərin
aşağıdakı hüquqları vardır:
10.2.1. normal əmək,
elmi-pedaqoji iş və təhsil şəraiti ilə,
müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
10.2.2. bu Nizamnaməyə
uyğun olaraq, təhsil prosesinin təşkilində və
idarə olunmasında iştirak etmək;
10.2.3. şərəf
və ləyaqətinə hörmətlə
yanaşılmasını tələb etmək;
10.2.4. Məktəbdə vəzifə
tutmaq, uyğun olduqda Elmi Şuraya və digər seçkili vəzifələrə
seçmək və seçilmək;
10.2.5. əlavə
təhsil almaq;
10.2.6. Azərbaycan
Respublikasının qanunlarına və Azərbaycan
Respublikası Prezidentinin aktlarına uyğun olaraq,
mükafatlandırılmaq və təltif olunmaq;
10.2.7. Müdafiə Nazirliyi tərəfindən
müəyyən olunmuş qaydada Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin əməli fəaliyyətini
əks etdirən aidiyyəti materiallarla tanış
olmaq;
10.2.8. bu Nizamnaməyə
uyğun olaraq, müəssisə və təşkilatlarda əvəzçiliklə
elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;
10.2.9. bu Nizamnamədə
nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək.
10.3. Daimi heyətin vəzifə
borcları bu Nizamnaməyə və müdafiə nazirinin
aktlarına uyğun hazırlanır və Məktəbin tabe
olduğu rəis tərəfindən təsdiq edilir.
10.4. Məktəbin dəyişən
heyətinin vəzifələri
aşağıdakılardır:
10.4.1. dövlət
təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə
yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək;
10.4.2. tədris
tapşırıqlarını vaxtında yerinə yetirmək,
təhsil proqramlarında nəzərdə tutulmuş
imtahanları vermək;
10.4.3. daimi heyətin
şərəf və ləyaqətinə hörmətlə
yanaşmaq;
10.4.4. qanunlara əməl
etmək, hərbi andın, hərbi nizamnamələrin,
müdafiə nazirinin əmr, təlimat, göstəriş və
sərəncamlarının, bu Nizamnamənin, habelə Məktəbin
daxili nizam qaydalarının tələblərini bilmək və
yerinə yetirmək;
10.4.5. dövlət
və cəmiyyət qarşısında məsuliyyətini dərk
etmək;
10.4.6. məxfilik
qaydalarına əməl etmək;
10.4.7. Məktəbin əmlakına
qayğı ilə yanaşmaq;
10.4.8. bu Nizamnamədə
nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.
10.5. Dəyişən heyətin
aşağıdakı hüquqları vardır:
10.5.1. dövlət
təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
10.5.2. Məktəbin mövcud
infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət,
idman komplekslərindən, tibb məntəqəsindən,
yataqxanalardan, kitabxanalardan) istifadə etmək;
10.5.3. insan ləyaqətini
və şərəfini alçaldan, insan hüquqlarına
zidd hərəkətlərdən müdafiə olunmaq;
10.5.4. təhsil
prosesinin təşkilində və idarə olunmasında fəal
iştirak etmək, öz fikir və mülahizələrini sərbəst
ifadə etmək;
10.5.5. Məktəbin elmi, ictimai,
sosial və mədəni həyatında iştirak etmək, o
cümlədən elmi-praktik konfranslar, seminarlar,
yığıncaqlar və görüşlər, habelə təhsil
həyatı ilə bağlı digər tədbirlərdə
iştirak etmək;
10.5.6. təhsilin,
intizamın və məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı məsələlərin
müzakirəsində, Elmi Şuranın işində, Məktəbdə
fəaliyyət göstərən özünüidarəetmə
orqanlarında, hərbi-elmi cəmiyyətin işində, idman
bölmələrində iştirak etmək;
10.5.7. bu Nizamnamədə
nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək.
11. Məktəbin
maliyyə-təsərrüfat fəaliyyəti
11.1. Məktəb Azərbaycan
Respublikasının dövlət büdcəsindən
Müdafiə Nazirliyi üçün ayrılan vəsait və
qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşdirilir.
11.2. Məktəb maddi və pul vəsaitlərinin
vəziyyəti, onların istifadəsi barədə Müdafiə
Nazirliyinin müvafiq qurumları qarşısında hesabat
verir, cari mühasibat uçotunu həyata keçirir.
11.3. Məktəbin maddi-tədris
bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris
planlarına, proqramlarına və müasir tədris
metodikasına uyğun olaraq, təhsilalanların
hazırlığını təmin etmək
üçün nəzərdə tutulmuş maddi və
texniki vasitələr kompleksidir.
11.4. Məktəbin maddi-tədris
bazasını torpaq sahələri, binalar, tikililər,
müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris
əmlakı, laboratoriya avadanlıqları, tədrisin texniki
vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat,
xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar, tədris-idman
bazaları, təlim mərkəzi və digər hərbi
obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat
vasitələri təşkil edir.
11.5. Məktəbin maddi-tədris
bazası dövlət əmlakı hesab olunur və ondan səmərəli
istifadə edilməlidir.
11.6. Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin və müdafiə nazirinin
razılığı olmadan, Məktəb tərəfindən
istifadə edilən bina və qurğuların, torpaq sahələrinin
xidməti təyinatının dəyişdirilməsinə
icazə verilmir.
11.7. Məktəbin maddi-tədris
bazasının inkişafı və təkmilləşdirilməsi
müdafiə naziri tərəfindən təsdiq edilən
perspektiv planlar və Məktəbin rəisi tərəfindən
təsdiqlənən illik planlar əsasında həyata
keçirilir.
12. Beynəlxalq əməkdaşlıq
Məktəbin xarici əlaqələri
və beynəlxalq əməkdaşlığı Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, o cümlədən
Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət
orqanları arasında bağlanmış sazişlər əsasında
həyata keçirilir.
13. Məktəbin
yenidən təşkili və ləğvi
13.1. Məktəbin yenidən təşkili
və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən
həyata keçirilir.
13.2. Məktəb ləğv
edildikdə, onun əmlakı barədə Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq sərəncam verilir.
Azərbaycan.-
2017.- 12 oktyabr.- S.6.