Azərbaycan Belarus üçün etibarlı dost və tərəfdaşdır

 

Milli Məclsinin Sədri Minskdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib

 

Oktyabrın 11-də Azərbaycan Respublikası Milli Məclsinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Minskdə  Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Azərbaycan parlamentinin nümayəndə heyəti Qələbə meydanında yerləşən abidə kompleksinin önünə əklil qoyub.

Qeyd edək ki, nümayənədə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva və digərləri iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-12 oktyabr.- S.3.