Oqtay Əsədov: Azərbaycanda və Belarusda turizmin inkişafı üçün iki ölkə arasında aviareyslərin sayı artırılmalıdır

 

Azərbaycanda və Belarusda turizmin inkişafı üçün iki ölkə arasında aviareyslərin sayı artırılmalıdır və bu məsələ Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüş zamanı müzakirə edildi.

AZƏRTAC xəbər verir ki, bu fikri Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə keçirdiyi brifinqdə deyib.

Oqtay Əsədov bildirib ki, Azərbaycanda turizm sahəsi inkişaf edibbu sahədə Belarusla da birgə layihələr həyata keçirilə bilər.

Spiker qeyd edib ki, regional parlament qurumlarının yaradılması məsələsi də görüşdə müzakirə edilən əsas mövzulardan biri olub. Bu format region ölkələrinin birgə fəaliyyətinə yeni təkanlar verə bilər.

Milli Məclisin sədri Belarus Respublika Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb.

Mixail Myasnikoviç Oqtay Əsədovla görüşünü yüksək qiymətləndirib, səmərəli müzakirələrin aparıldığını söyləyib. O bildirib ki, Azərbaycan Milli Məclisinin sədrinin Belarusa rəsmi səfəri iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.

 

Azərbaycan.- 2017.-12 oktyabr.- S.3.