Milli Məclisin nümayəndə heyəti Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olub

 

Belarusda səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 11-də Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, zavodla tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti müəssisənin rəhbərliyi ilə görüşüb.

Görüşdə qeyd olunub ki, Minsk traktor zavodu bu il ərzində Azərbaycana əlavə olaraq 460 texnika göndərmək niyyətindədir. Diqqətə çatdırılıb ki, müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır.

Xatırladaq ki, nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva və başqaları daxildir.

 

Azərbaycan.- 2017.-12 oktyabr.- S.3.