Milli Məclisin nümayəndə heyəti Minskdə Böyük Vətən Müharibəsi Muzeyi ilə tanış olub

 

Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti muzeyin eksponatları ilə tanış olub, İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş həmyerlilərimizin döyüş tarixi ilə maraqlanıb.

Milli Məclisin sədri Oqtay Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

 

Azərbaycan.- 2017.-13 oktyabr.- S.2.