Baş nazir Andrey Kobyakov: “Azərbaycan
bölgədə Belarusun ən
etibarlı dostu və strateji
müttəfiqidir”
Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Belarus Respublikasının Baş naziri Andrey Kobyakov Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Azərbaycan ilə Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan Baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Milli Məclisin sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Oqtay Əsədov deyib ki, Minsk traktor zavodunun Gəncə avtomobil zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.
Görüşdə
Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad
Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva,
Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif
Qəndilov və başqaları iştirak
ediblər.
Azərbaycan.-
2017.-13 oktyabr.- S.2.