Azərbaycan
və Belarus parlamentləri arasında Bəyannamə
imzalanıb
Oktyabrın 12-də Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov,
Belarus Respublika Şurasının sədri Mixail
Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr
Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan
nümayəndə heyətinin Minskə rəsmi səfərinin
yekununa dair Bəyannamə imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bəyannamədə
Azərbaycan və Belarus parlamentlərinin iki ölkə
arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində
əlaqələrin inkişafına töhfələri qeyd
olunub.
İmzalanma mərasimində Milli Məclisin
komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov,
deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın
Belarusdakı fövqəladə və səlahiyyətli səfiri
Lətif Qəndilov və digərləri iştirak ediblər.
Azərbaycan.-
2017.-13 oktyabr.- S.2.