Rəsmi qarşılanma
mərasimi
Bolqarıstan Prezidenti
Rumen Radev Azərbaycana
rəsmi səfəri
Azərbaycan Respublikasına rəsmi səfərə gələn
Bolqarıstan Respublikasının
Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi
qarşılanma mərasimi
olub.
AZƏRTAC xəbər
verir ki, hər iki ölkənin
dövlət bayraqlarının
dalğalandığı meydanda
Bolqarıstan Prezidentinin
şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə
raport verdi.
Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri
prezidentlər və birinci xanımlar ilə görüşdülər.
Prezidentlər və birinci xanımlar rəsmi foto
çəkdirdilər.
Azərbaycan.-
2017.-14 oktyabr.- S.1.