Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın
Prezident Rumen Radev və xanımı Desislava
Radeva ilə görüşü
olub
Oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2017.-14 oktyabr.- S.2.