Bolqarıstan Prezidenti
Rumen Radev ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edib
Azərbaycan Respublikasında
rəsmi səfərdə
olan Bolqarıstan Respublikasının Prezidenti
Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabana gələrək müasir
müstəqil dövlətimizin
memarı və qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər
verir ki, Bolqarıstan Prezidenti Rumen
Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Sonra Prezident Rumen Radev və xanımı Desislava
Radeva görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım
Əliyevanın xatirəsini anıb, məzarı üzərinə
gül dəstələri düzüblər.
Azərbaycan.-
2017.- 14 oktyabr.- S.3.