Azərbaycanın Baş naziri və Bolqarıstanın Prezidenti
birgə nahar ediblər
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev birgə nahar ediblər.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı Azərbaycan ilə Bolqarıstan arasında
münasibətlərin, o cümlədən
iqtisadi sahədə əməkdaşlığın
perspektivləri barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2017.- 14 oktyabr.- S.3.