Heydər Əliyev Mərkəzi ilə
tanışlıq Bolqarıstan Prezidentində xoş
təəssürat doğurub
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Heydər Əliyev Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Bolqarıstan Prezidenti Rumen Radevə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verdi.
Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı bildirilib. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.
Ziyarətçilər Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilərlə də tanış ola bilərlər.
Ali qonaq “Azərbaycan inciləri” sərgisi ilə tanış oldu. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Bolqarıstan Prezidenti “Mini Azərbaycan”
sərgisinə baxdı. Bu sərgidə
ali qonaq
Azərbaycanın tarixi
və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin
zəngin memarlıq nümunələrini görmək
imkanı əldə etdi.
Qonaqlar “Kukla incəsənətdə” sərgisi
ilə də tanış oldular. Ekspozisiyada nümayiş etdirilən
sənət nümunələrinin
əksəriyyəti tək
nüsxədə hazırlanıb
və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində
qalib olub.
Sonra Rumen Radev və Desislava Radeva Heydər Əliyev Mərkəzində
“Klassik avtomobil sərgisi”ni ziyarət etdilər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti
Anar Ələkbərov
diqqətə çatdırdı
ki, sərgidə avtomobilin yarandığı
ilk dövrlərdən – XIX əsrin sonlarından başlayaraq Almaniya,
ABŞ, İtaliya, Fransa,
Böyük Britaniya və keçmiş
SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Ali qonaq Mərkəzin xatirə kitabına ürək
sözlərini yazdı.
Azərbaycan.- 2017.- 14 oktyabr.- S.4.