Ermənistanı silahlandıran Rusiya, millətinin
düşməninə çevrilən Ermənistan, dünya
liderliyindən imtina edən ABŞ...
Və riyakar dünyada ədalət axtaran Azərbaycan
“Dünya hara gedir?” - bu sual
hamını düşündürür!
Həm də təkcə
düşündürmür- narahat edir!
Üstəlik, hamı duyur,
görür və bilir ki, dünya düz yolla və
yaxşı yerə getmir!
Mövcud əlamətlər də
bunu göstərir...
XXI əsrin əvvəllərində
dünyanın “eybəcər övladı” sayılan terrorizm
yenidən və yeni formada doğuldu: 2001-ci ilin 11
sentyabrında Nyu Yorkda əkiz binaların partladılması
ilə dünyada terrorizmin genişlənməsinə və
yayılmasına sanki start verildi!
Əsasən günahsız
insanlara - yaşından, milliyyətindən, irqindən və
cinsindən asılı olmayaraq hər kəsə bədbəxtlik
gətirən terror aktları Əfqanıstanda və
İraqda “gündəlik həyat tərzinə” çevrildi.
Daha sonra terrorizm
zorakılıq pərdəsinə bürünərək fəaliyyətinin
yeni pilləsinə - “rəngli inqilablar” və “ərəb
baharları” dövrünə qədəm qoydu. Həvəslə
küçələrə çıxaraq küyə gedən
insanlar “ərəb baharından” və “gül ətrindən”
sərməst oldular. “Müasir” inqilabların
dadını Misirdə, Liviyada, Yəməndə,
hal-hazırda Suriyada daha dərindən hiss etdilər. Gülün “tüstüsünə” və
baharın “istisinə” dözə bilməyənlər - evsiz,
işsiz, çörəksiz və sabaha ümidsiz qalan
insanlar baş götürüb Avropaya qaçdılar.
Amma “demokratik”, “insan haqlarının
carçısı və qoruyucusu” olan Avropa onları gülər
üzlə qarşılayaraq qucaq açmadı:
Yollarına tikanlı məftillər
döşədi;
Qayıqlarını dənizdə
batırdı;
Üstlərinə itləri
qısqırtdı;
Sığınacaqlarına od vurdu!
Bir sözlə, əsl
“avropalı qonaqpərvərliyi” göstərdi.
Sonrakı mərhələdə terrorizm
öz himayədarlarının - gizli şəkildə
silahlandıranların, maliyyələşdirənlərin, kəşfiyyat
məlumatları ilə təmin edənlərin
qayğısı sayəsində daha da şişdi: Hətta
İŞİD adı altında dövlət səviyyəsinə
qədər yüksəldildi!
Bütün bunları idarə
edənlər kənardan baxaraq əməllərindən sanki
zövq alırdılar.
Terrorizmi islama calaq etməklə
vəzifələrini bitmiş sayırdılar.
Elə ki, Parisdə
“yüngülvari” terror hadisəsi törədildi, bir qədər
narahat oldular.
Dünyanın söz sahibi olan dövlətlərin
başçıları Parisin küçələrinə
çıxaraq öz “etirazlarını” qol-qola gəzməklə
bildirdilər.
Amma həmin terrordan daha dəhşətlisi
Ankarada və İstanbulda törədiləndə akademik
soyuqqanlılıq göstərdilər.
Heç bəziləri bu vəhşiliyə
münasibət belə bildirmədi...
Sanki unutmuşdular ki, terrorun və
terrorçunun vətəni, dini, milləti olmur!
Həm də unutmuşdular ki,
terrorizm separatizmlə əkiz qardaşdır!
Biri o birindən uzun müddət
ayrı yaşamır.
İspaniyanın Kataloniya
vilayətində separatizmin aktiv formaya keçməsi
Avropanı çaş-baş vəziyyətinə saldı. “Tövsiyə”
adlandırdıqları “məsləhətləri” ilə
dövlətlərə təsir və təzyiq etməyə
can atan, bəzən onların daxili işlərinə
qarışmağa cəhd edən Avropa qurumları bu dəfə
çox “ehtiyatlı” davrandılar, nəinki tövsiyədən,
hətta məsləhət verməkdən belə çəkindilər(?!)
Çünki separatizm təkcə
qapılarını möhkəmcə döymürdü,
dövlətlərini real parçalanmaq məqamına
çatdırmışdı.
Dünənədək “millətlərin
öz müqəddəratını təyin etmə
hüququnu” dövlətlərin “ərazi
bütövlüyü” prinsipi ilə bərabər tutanlar
çaşıb qalmışdılar.
Sən demə, “öz müqəddəratını
təyinetmə” istəyi reallaşanda dövlət
parçalanarmış...
Bunu təkcə İspaniyadakılar
yox, Almaniya, Fransa, İtaliya və digər Avropa ölkələrində
oxşar problemləri olanlar da anladılar!
Anladılar, amma bu anlamaq
onları ikili standartlardan çəkinməyə, obyektiv ədalətli
və eyni məsələlərə eyni nöqtədən
yanaşmalarına kifayət edəcəkmi?!
Bayquş bədbəxtliyi
qabaqcadan hiss edir
Dünyanın ən hörmətli
mükafatı Nobel mükafatıdır!
Həm də ən pullu
mükafatı...
Sülhü qoruyanlara,
sülh yaradanlara, sülhə xidmət edənlərə də
Nobel mükafatı verilir.
Doğrusu, SSRİ-nin birinci
və sonuncu Prezidenti M.Qorbaçova Nobel Sülh
Mükafatı veriləndə Nobel mükafatının bu
nominasiyasının obyektivliyinə ciddi sübhə
yaranmışdı. Hakimiyyət dövrü “ərəb
baharı” ilə müşayiət edilən Barak Hüseyn
oğlu Obama da Nobel alanda insanlar yanılmadıqlarını
anladılar.
SSRİ-nin 1 nömrəli kommunisti
kimi Qorbaçov təkcə xidmət etdiyi əqidəyə
və ideallara xain çıxmadı, o həm də
tutduğu postu, dövləti, xalqı, habelə dövlətə
məxsus sirləri düşmənə keçi qiymətinə
satdı!
Qorbaçova qədər
SSRİ-də qurd quzu ilə otlayırdı. Repressiya,
güllələnmə, həbsxana qorxusu ilə də olsa,
milli zəmində münaqişələr
dayandırılmışdı. Qorbaçov
həmin münaqişələri yenidən alovlandırdı.
Həm də öz ağlı ilə
yox!
Ağaları SSRİ kimi super
dövləti dağıtmağın ən qısa və
effektli yolunun ərazi iddiaları uğrunda müharibədən
keçdiyini yaxşı bildiklərindən ona belə
“tapşırıq” vermişdilər!
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bu ocaqların ən
gur yananı və “uğurlu nəticə” verəni oldu!
Qırmızı imperiya alova
çevrilən münaqişələrdən
dağıldı, on beş müttəfiq
respublikanın hərəsi öz sərhədlərinə
çəkildi!
Beləliklə,
M.Qorbaçovun “missiyası” başa çatdı, pensiyaya
çıxdı. Nəticədə Qorbaçov fondu
yaradılıb onun Qərbdəki hər mühazirəsinə
milyonlarla dollar “qonarar” ödəməklə firavan
yaşamağını təmin etdilər.
Arada ağıllı
rusiyalı vətənpərvərlər Qorbaçovun xəyanəti
və Rusiyaya vurduğu zərbələr barədə mətbuatda
maraqlı yazılarla çıxış edərək onun
satqın kimi cəzalandırılmasını tələb
etsələr də, sözdən uzağa gedən olmadı.
Uzunçuluq kimi
görünsə də, bu məsələni təsadüfən
xatırlatmıram.
Bayquş bədbəxtliyi qabaqcadan
hiss edir - demişlər.
Bu günlərdə
M.Qorbaçovdan belə bir xəbərdarlıq gəldi. İspaniyanın Kataloniya
vilayətindəki separatizmlə bağlı müxbirin
sualına “uzaqgörən Qorbaçov” belə cavab verdi: “Mən İspaniyanın Kataloniyası
haqda danışmayacam. Danışmayacağam
ona görə ki, bizim çoxlu “öz Kataloniyalarımız”
var. Hələ onlarla çox məşğul
olmalıyıq”.
“Təcrübəli
dağıdıcı”nın məhz nəyi
nəzərdə tutduğunu söyləmək çətindir.
Amma görünən odur ki, SSRİ kimi super dövlətin
axırına çıxan Dağlıq Qarabağ
münaqişəsi hələ də yaşadılır və
Rusiya tərəfindən münaqişə ocağına yeni
çır-çırpı atılaraq neft
tökülür!
Ötən əsrin
doxsanıncı illərində bu ocaqdakı
qığılcımlar Abxaziyaya, Cənubi Osetiyaya, Moldovaya,
Ukraynaya sıçrayaraq orada da tonqala çevrildilər.
Hələ də közərirlər.
Kim bilir, yeni qığılcımlar
keçmiş SSRİ-nin daha hansı məkanlarında nə
qədər təzə alovlar törədəcəkdir!
***
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin 3 həll variantı
olmasına həmişə inanmışam:
Birincisi, sülh yolu.
İkincisi, müharibə
yolu.
Üçüncüsü,
Tanrının kömək etdiyi yol.
Belə qənaətə niyə
gəlmişəm?
Münaqişənin ilk
günlərindən hərbi müxbir kimi hadisələrin
qaynar nöqtələrində olaraq ilkin bilgilərə daha
tez yiyələndiyimdən bəzi məsələlərdə
fərqli düşünürəm.
Bir jurnalist kimi daim siyasətlə
məşğul olmuş, siyasi hadisələrin içərisindəkilərlə
səmimiyyətə və etibara əsaslanan söhbətlər
etmiş, ölkəmizlə bağlı prosesləri daim diqqətlə
izləmişəm.
Allahın
varlığına əminəm, Tanrının insanları hərdən
sınağa çəkdiyini qəbul edirəm, onun iradəsindən
kənarda heç bir hadisənin baş verə bilməyəcəyinə
də inanıram.
Elə gün yoxdur ki, bu və ya digər
şəkildə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən, cəbhə bölgəsindən,
qaçqın və məcburi köçkünlərdən
danışmayaq!
Elə gün yoxdur ki, itkilərimizi
- şəhid övladlarımızı, əsirlikdə qalan
el-obamızı, yasin səsinə həsrət qəbiristanlıqlarımızı,
yurd nisgili ilə dünyadan köçənlərimizi
anmayaq!
Elə gün yoxdur ki,
münaqişənin həlli ilə birbaşa və ya
dolayısı əlaqəsi olan, yaxud terrorizm və separatizmlə
bağlı qanqaraldan xəbər eşidərək deyinməyək.
Dünya yeni müharibə və
terror təhlükəsi ilə, biz isə Qarabağ dərdimizlə
yaşayırıq!
“Status-kvo”nun
qorunmasına xidmət edən “sülh yolu”
Bu gedişlə
Dağlıq Qarabağ problemi sülh yolu ilə həll oluna
bilərmi?
Hamını narahat edən
sualdır!
Yalnız faktları sadalayırıq.
Ötən əsrin səksəninci
illərinin sonlarından “Dağlıq Qarabağ” probleminə
start verildi.
Ermənilər əvvəlcə
DQMV-də iqtisadi vəziyyətin pisliyini bəhanə gətirərək
narazılığa, SSRİ-nin mərkəzi orqanlarına
müraciətlər göndərməyə başladılar.
Sonra bu narazılıqlar
küçə yürüşlərinə, piket və
nümayişlərə çevrildi.
Nə qarşısını alan oldu, nə də tədbir görən.
Əksinə, Azərbaycan tərəfinə
“səbirli olun”, “təmkinli olun” deyərək hərəkətə
keçməyə icazə vermədilər.
Yerevanda, Xankəndidə
mitinqlər dalğası gücləndikcə ermənilər
daha da ürəkləndilər.
Silahlanmağa
(silahlandırılmağa) başladılar.
Əsgərana, Şuşaya
gedən azərbaycanlıların maşınlarını
daşlamağa, Dağlıq Qarabağın azərbaycanlılar
yaşayan kəndlərindən insanları qovub
çıxarmağa başladılar.
Yenə bir söz deyən
olmadı.
SSRİ-nin dağılması isə
Ermənistana qol-qanad verdi. Rusiyadan
verilən silahlarla Azərbaycan ərazilərinin kəndbəkənd
işğalına başladılar.
Əvvəlcə, BMT Təhlükəsizlik
Şurası Ermənistanın Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxarılması ilə
bağlı dörd qətnamə qəbul etdi.
Faydası olmadı.
Sonra ATƏM-in (ATƏT-in)
Minsk qrupu yaradıldı və münaqişənin sülh
yolu ilə nizamlanması ona tapşırıldı.
Bu günədək də faydası
olmayıb!
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hansı əcnəbi siyasətçi və ya
diplomat ağzını açıbsa, “münaqişə
sülh yolu ilə həllini tapmalıdır!” - deyib.
İndiyədək həll edilməyib!
Bilirsiniz niyə,
çünki qədim bir Azərbaycan məsəlində
deyildiyi kimi, “dua oxumaqla donuz darıdan çıxmaz!”
Hamı dua oxumaqla məşğuldur!
Hətta arada
işğalçıya “ehsana” silah da verirlər!
Azərbaycanda bir milyondan
çox qaçqın və məcburi köçkün
mövcuddur. Soruşun görün onların bircəciyi belə
münaqişənin ATƏT-in missiyası əsasında
sülh yolu ilə həll ediləcəyinə
inanırmı?!
Ay-hay!
İşğal rayonundan seçilən
deputat kimi mən buna inanan bir nəfər belə məcburi
köçkünə rast gəlməmişəm!
ATƏT-in həmsədr
dövlətlərinin səfirlərinin hər dəfə
bölgəyə gəlişi təbəssüm doğurur,
yeni lətifələr yaradır.
Niyə?
Çünki indi Azərbaycanda avam adam yoxdur!
Qaçqın və məcburi
köçkünlərin hamısı dünya siyasətindən
az-çox baş çıxaran, bütün günü
radio dalğaları, televiziya kanalları və internet
resursları ilə dünyada gedən prosesləri, xüsusilə
Qarabağla, terrorizmlə və separatçılıqla əlaqədar
məsələləri diqqətlə izləyən və
ağılla təhlil edən insanlardır!
Bir yaşında qaçqın
düşənin indi iyirmidən çox yaşı var! Ömrü boyu da bu prosesləri izləyib.
İndi kimsə ona
qatığın qara olduğunu sübut edə bilərmi?!
Məntiqi də çox sadədir:
* Azərbaycanın ərazisinin 20
faizi - DQMV və ona bitişik 7 rayon Ermənistanın
silahlı qüvvələri tərəfindən işğal
edilib, 20 min insan şəhid gedib, ölkəyə 60 milyard
dollardan çox ziyan dəyib;
* Ermənistanın prezidenti, baş
naziri, müdafiə naziri və digərləri müntəzəm
olaraq işğal altındakı Azərbaycan ərazilərinə
gələrək “müdafiə məsələləri” ilə
maraqlanır, arada Azərbaycan tərəfinə hədə-qorxu
da gəlirlər;
ATƏT-in həmsədr dövlətləri:
* ABŞ Ermənistana birbaşa
yardım göstərir, Azərbaycana qarşı ədalətsiz
907-ci düzəlişi ləğv etmir;
* Fransa Ermənistanı “kiçik
bacısı” adlandırır, az qala “erməni
soyqırımı”nın inkarına görə insanları cəzalandıracaq
qanun qəbul edəcəkdi;
* Rusiya iki dəfə (Yeltsinin
prezidentliyi dövründə və sonra) Ermənistana təmənnasız
olaraq iki milyard ABŞ dolları məbləğində silah-sursat
verib. Bu günlərdə isə kreditə daha
200 milyon manatlıq silah ötürməyə başlayıb.
Amma nə həmsədr dövlətlər,
nə də beynəlxalq qurum və təşkilatlar bircə
dəfə də belə:
* Ermənistanı öz adı ilə
- “işğalçı dövlət” deyə
çağırmayıblar;
* “İşğal ərazilərindən
qoşunlarını çıxar” - deyə kəskin
mövqe bildirməyiblər;
* Əllərində olan təsir və
təzyiq vasitələrindən heç zaman istifadə etməyiblər!
* Sərkisyan Qarabağa gedəndə
- “Özgə torpağında nə işin var?” - deməyiblər.
* İndiyədək nə Ermənistana
qarşı sanksiya tətbiq ediblər, nə də bu
mövzuya toxunublar!
ATƏT-in Minsk qrupu belə
loyal, candərdi yanaşma ilə münaqişəni sülh
yolu ilə həll edə bilərmi?!
Bu məqamda məcburi
köçkünlərin mənə tez-tez
ünvanladıqları sualı səsləndirmək istəyirəm:
- Ümumiyyətlə, ATƏT münaqişəni
həll etmək istəyirmi?
Suala müsbət cavab versək,
növbəti sualın cavabı mümkünsüz olur:
- Onda niyə həll etmir, nəyi
gözləyir?!
Mənfi cavabın səbəbini isə
hamı bilir:
- ATƏT münaqişəni həll
etmək yox, “status-kvo”nu saxlamaq,
bacarıqsızlığını pərdələməklə
məşğuldur!
Onun ən “məşhur” deyimi:” Tərəflər
hansı razılığa gəlsə, biz onu dəstəkləyəcəyik”
- fikri isə əks arqumentin qarşısında
dözümsüzdür:
- Əgər tərəflər
özləri razılığa gələcəklərsə,
onda sizi niyə yaradıblar?
Yaxud sizcə oğru ilə malı oğurlananın razılığı
necə baş tuta bilər?
Xüsusən nəzərə
alsaq ki, oğru götürdüyünün
hamısını geri qaytarmaq istəmirsə?
İndi bildiniz ki,
münaqişənin sülh yolu ilə həllinə niyə
inanmıram?
Heç kəsin
istəmədiyi, amma hazırlaşdığı “müharibə
yolu”
Bu müharibədə ən
böyük ziyan Azərbaycana dəyib: ərazisinin 20 faizi
işğal edilərək dağıdılıb, 20 min vətəndaşı
şəhid olub, 1 milyon insan isə qaçqın və məcburi
köçkün vəziyyətinə düşərək
dövlətə möhtac qalıb.
Əlli min əlil olan, 4866 itkin
düşən, üstəgəl Xocalı
soyqırımı!
Viranə qoyulan qəbiristanlıqların,
məscid və mədəniyyət abidələrinin, sosial
obyekt və şəxsi mülklərin, ev
və binaların sayı on minlərlədir.
Bütün bunların
hamısı hesablanıb, miqdarı və dəyəri bəllidir.
Mənəvi zərəri isə rəqəmlərlə
ifadə etmək mümkün deyil!
Müharibə Azərbaycan
torpaqlarında və Azərbaycan ərazisində getdiyindən
ziyanın əsas hissəsi ölkəmizə dəyib!
Azərbaycan müharibə
istəmir.
Çünki hər bir ölkə vətəndaşı, əsgər
və zabit dövlətimiz üçün qiymətlidir!
Amma müharibəni istəməməyimizin
səbəbi itkidən qorxmağımız, yaxud düşməndən
çəkinməyimizlə bağlı deyildir.
Adi əsgərdən tutmuş Ali
Baş Komandana qədər hər bir ölkə vətəndaşı
torpağının işğaldan azad edilməsi uğrunda
döyüşə hər an atılmağa hazırdır!
Azərbaycan ordusu ötən əsrin
90-cı illərinin ordusu deyil! Ən yeni
texnologiyaya əsaslanan kifayət qədər silahımız, ən
müasir müdafiə sistemlərimiz, yeni silah-sursat istehsal edən
Müdafiə Sənayesi Kompleksimiz, yüksək hərbi biliyə,
peşəkarlığa malik əsgər və zabitlərimiz
vardır.
Torpaqları işğaldan onsuz da
azad edəcəyik!
Lakin bu qansız-qurbansız baş
versə, daha yaxşı olar!
Ermənistanın indiki rəhbərliyi
də müharibə istəmir. Amma qorxduqlarına görə!
Əgər ötən ilin aprel müharibəsinə qədər
onlar hərbi güclərindən və silahlarından dəm
vururdularsa, hətta arabir bizə hərbə-zorba gələrək
hərbi əməliyyatların başlayacağı təqdirdə
yeni ərazilər ələ keçirəcəklərini
söyləyirdilərsə, “aprel dərsləri”ndən sonra
səslərini içlərinə salıblar! Beynəlxalq
qurum və təşkilatlarda belə rəy yaratmağa cəhd
edirlər ki, Azərbaycan danışıqlara gəlmir,
sürətlə silahlanır, münaqişənin hərbi
yolla həlli variantına üstünlük verir və s.
Onun sözünü tutub
müdafiə edənləri də vardır.
Ermənistanın
hazırkı kriminal rəhbərliyi “Qarabağ kartı” ilə
hakimiyyətə gəlib. Müharibədə
xalqına və dövlətinə böyük zərbələr
vurub, Ermənistanı marionet ölkəyə çevirib.
O, hakimiyyəti itirmək qorxusundan sülhə gəlməz! Müharibə variantında isə məğlub
olacaqlarını bilirlər. Sadəcə,
KTMT-nin, Rusiya ilə yaratdıqları “birgə qüvvələrin”
və Rusiyanın kreditə verdiyi silahların arxasında gizlənərək
gözə kül üfürürlər.
Sərkisyan özü qorxsa
da, qorxutmağa çalışır.
Amma köhnə silahlarla, fərari əsgərlərlə,
məhv olmuş iqtisadiyyatı ilə! Müharibədə nə
qədər davam gətirəcəyini isə yəqin bilməmiş
deyil!
Tanrının
yardımçı olduğu “həll variantı”
Qeyd edək ki, bu “həll variantı”
nəyisə, yaxud kimisə gözləməkdən, “Allahdan
buyuruq, ağzıma quyruq” sevdası ilə yaşamaqdan ibarət
deyil!
Əksinə, “səndən
hərəkət, məndən bərəkət “prinsipidir!
Ulu öndər Heydər Əliyev tərəfindən
işlənib hazırlanaraq həyata keçirilən və
bu gün cənab İlham Əliyev tərəfindən yeni mərhələyə
qaldırılan taktika iki mühüm hissədən ibarətdir:
ölkənin gücləndirilməsi və düşmənin
zəiflədilməsi!
Müharibənin hər günü,
saatı pul deməkdir!
Müharibənin nəticəsi
müasir silah-sursatla, insan ehtiyatı ilə müəyyənləşir!
Müharibədə ordunun peşəkarlığı,
əsgər və zabitlərin vətənpərvərliyi,
bilik və təcrübəsi mühüm şərtdir!
Bütün bu şərtləri
yadda saxlayaraq gəlin Azərbaycanla Ermənistanın
imkanlarını və hazırkı durumunu müqayisə edək!
Görün heç
müqayisəyə gəlirmi?
* “Əsrin müqaviləsi”
Azərbaycana çox böyük iqtisadi fayda gətirdi,
dünyaya inteqrasiyasını sürətləndirdi, siyasi
nüfuzunun yüksəlməsinə, yeni tərəfdaşlar
qazanmasına yardım etdi.
n “Əsrin müqaviləsi” əvvəlkindən
də yüksək şərtlərlə, daha 32 il müddətinə
uzadıldı. Deməli, ötən dövrdəkilərdən
də çox fayda verəcək!
* Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru
kəməri fəaliyyət göstərir.
* Bakı-Tbilisi-Qars dəmir yolunun
istismara veriləcəyinə sanılı günlər
qalıb.
* Geostrateji mövqeyindən məharətlə
istifadə edən Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizini işə salıb.
* “Cənub qaz dəhlizi”
layihəsi tezliklə işə düşərək yüz
illərdən çox müddətdə dövlətə gəlir
gətirəcək.
Bütün bunlar
Tanrının Azərbaycan xalqına bəxş etdiyi sərvətlərdir. Onun bəhərini
bütün xalq görür.
Allah Ermənistandan maddi sərvətlərini
əsirgəyib:
* Nə nefti var!
* Nə təbii qazı var!
* Nə də dünyaya
çıxacaq yolu!
Bu yolları həm də Azərbaycan
qapadıb, düşmən ölkəni uzunmüddətli
blokadaya salmaqla!
Nəticədə:
* Ermənistanın iqtisadiyyatı
iflic vəziyyətinə düşüb, əhalisi ac-yalavac
qalıb;
* Müstəqillikdən məhrum
edilib, strateji obyektlərini Rusiyaya satıb, inkişaf
perspektivindən məhrum olub;
* Qarabağdakı əhali daim vahimə,
səksəkə içərisində yaşayır,
çünki yaxşı bilirlər ki, torpağın sahibi
tezliklə qayıdacaq və törətdikləri əmələ
görə cavab verməli olacaqlar;
* Orduda korrupsiya, “dedovşina” , fərarilik və qanunsuzluq halları baş
alıb gedir, intihar hadisələri günbəgün
artır;
* Heç bir ermənistanlı əsgər
Qarabağda xidmət etmək istəmir;
*Yerli ermənilərlə Yerevandan gələnlər
arasındakı ziddiyyət günbəgün dərinləşir,
düşmənçiliyə çevrilir;
* Rüşvət verməyə
imkanı olanlar ölkədən birdəfəlik
çıxıb gedirlər;
* Valideynlər yuxarı sinifdə
oxuyan oğlan övladlarını təhsil almaq adı ilə
xaricə qaçırdaraq gizlədirlər;
* Əhalinin artımı dayanıb,
analar daha Qarabağ müharibəsində öləcək
oğlan övladı doğmaq istəmirlər;
* Dəfələrlə xaricdən
qaçqınları gətirərək boş qalmış
kəndlərdə yerləşdirsələr də,
faydası olmayıb. Xarabalıqda yaşayıb ac qalmaq istəməyənlər
geriyə qayıdıblar;
* Nəinki Qarabağda, hətta Ermənistanda
belə onlara gərək olmayan və xeyir gətirməyən
işğal torpaqlarında Sərkisyan rejiminin növbəti
qurbanlarına çevrilmək istəməyənlərin
sayı getdikcə artır;
* Ayağı yer tutan Qarabağdan da,
Ermənistandan da qaçır. Çünki dövlətin də,
Sərkisyanın xalqa düşmən siyasətinin də,
özlərinin də aqibətini artıq aydın
görürlər!
Bir də erməni üçün Vətən
yoxdur!
Günü harada xoş
keçsə, orada yaşayır. Sonra həmin torpaqların
babalarına məxsus olduğunu sübut etmək
üçün separatizmə və terrorizmə
qurşanırlar!
Bütün bunlar Tanrının erməni
xalqına qarğışıdır!
Bəli, Rusiya Ermənistana daim silah
verir!
Amma cəbhədə ölən erməni
əsgəridir!
Boş qalan, məskunlaşma
imkanı və perspektivdə yaşayış mümkün
olmayan torpaqları əldə saxlamaq üçün bu qədər
cavanı qurban verməyə, bu qədər insanları dilənçi
günündə yaşatmağa dəyərmi?
Dövlətin öz xalqının düşməninə
çevrilməsi belə olur!
Bu isə Tanrının qəzəbinə
gəlmək deməkdir!
Dünya liderliyindən
imtina edən ABŞ
Dünyaya ağalıq edən
çox olub!
Lakin bu, əbədiyyətə
çevrilməyib.
Zamanı çatanda güclülər
öz yerlərini digər gücə veriblər!
XX əsrdə uzun müddət
SSRİ ilə “şərikinə” dünyaya sahiblik edən
ABŞ tərəf-müqabilini yıxandan sonra təkbaşına
ağalığa başladı. İlk dövrlərdə
fəaliyyətində müəyyən müsbət
çalarlar görünsə də, sonralar güc elementlərinə
həddindən çox üstünlük verərək ilkin
dəyərlərindən uzaqlaşdı. Zor işlətməklə, sərhədlərin
toxunulmazlığı, dövlətlərin ərazi
bütövlüyü, bir-birinin daxili işlərinə
qarışmamaq, dövlətlər arasında əməkdaşlıq,
insan hüquqlarına və əsas azadlıqlara hörmət
kimi vacib prinsiplər arxa plana keçirildi. Öz maraqlarını təmin etmək naminə
dövlətlərə təzyiqlər, onların daxili
işlərinə qarışmaq, hakimiyyət dəyişikliklərinə
rəvac vermək adi hala çevrildi. Əslən
müsəlman olan Barak Obamanın prezidentliyi dövründə
müsəlman dünyası qanda çalxalandı!
ABŞ-ın rəhbərliyi
Azərbaycanın terrorizmlə mübarizəyə verdiyi dəstəyə,
Əfqanıstandakı sülh əməliyyatlarına
göstərdiyi köməyə görə dəfələrlə
təşəkkürünü bildirsə də, əməli
işlərdə Ermənistana və Dağlıq
Qarabağın qondarma rejiminə birbaşa yardımlardan da
qalmadı.
ATƏT-in Minsk qrupundakı fəaliyyəti
zəif və təsirsiz oldu.
Donald Tramp yeni prezident
seçiləndə vəziyyətin
yaxşılaşacağına müəyyən ümidlər
yarandı. Çünki Tramp ABŞ-dakı erməni diasporunun
“səsindən” istifadə etməyərək hakimiyyətə
gəldiyindən onların qarşısında öhdəliyi
yox idi.
Lakin son zamanlar ABŞ-ın
atdığı addımları izləyəndə onun
dünya liderliyindən imtina etməsi təsəvvürü
yaranır.
“Əsrin müqaviləsi”nə
dəstək verənlərdən biri ABŞ prezidenti Bill
Klinton olmuşdu. BTC kəməri də ABŞ-ın xeyir-duası ilə
həyat vəsiqəsi qazandı .
ABŞ həmişə Azərbaycanın
Avropanın neft və təbii qazla təchizatında
oynadığı rolu yüksək qiymətləndirib. Lakin son
dövrdə baş verənlər anlaşılmazlıqlar
doğurur. Tramp administrasiyasında erməni təsirinin əlamətləri
güclənməkdədir. Azərbaycana
qarşı ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən
biri, ermənilərin işğalçılıq siyasətinə
bəraət qazandıran konqresmen K.Smitin fəallaşması
Azərbaycan-ABŞ əməkdaşlığının
ruhuna uyğun gəlməyən addımlarla səciyyələnir.
K.Smitin Helsinki Komissiyasında Dağlıq
Qarabağla bağlı dinləmələr keçirilməsi
təşəbbüsü birbaşa Ermənistanın
maraqlarına xidmətdir.
Məqsəd Ermənistanı
“müdafiəyə ehtiyacı olan tərəf” kimi
tanıtmaq və ABŞ qanunvericilərini
işğalçı rejimə maliyyə və hərbi
xarakterli yardımı artırmağa
çağırmaqdır.
Liderlikdən imtina niyyətinin
digər əlaməti isə keçmiş müttəfiqlərdən
üz döndərməkdir.
2008-ci ilin avqustunda
Gürcüstanı tək qoydular. Abxaziya və Cənubi
Osetiya qopdu.
Ukrayna meydanda tək
qaldı, Krım itirildi.
Azərbaycanın itirilməsi isə
Cənubi Qafqazın bütövlükdə əldən
çıxması ilə nəticələnəcəkdir!
Müsəlman dünyasına
körpü rolunu oynayan Türkiyə ilə münasibətlər
də əsaslı şəkildə korlanmışdır!
Liderlər dostları ilə
güclü olurlar. İtirilən dostlar zəifləməyə
səbəb olur. Zəiflər isə liderlik edə
bilmirlər! - Bunlar aksiomdur!
ABŞ öz siyasətində yeni
dövrə qədəm qoyur: dostları ilə çəkişir,
nüfuzlu qurumları və layihələri tərk edir, əl
altından işlər görür!
Görünür lider olmaqdan yorulub!
Azərbaycanın tutduğu
yol doğrudur.
O, dostluqda sadiq, əməkdaşlıqda etibarlıdır. Dostlarına, tərəfdaşlarına,
bütövlükdə Avropaya və dünyaya fayda gətirən
təşəbbüslərlə çıxış edir,
layihələr gerçəkləşdirir. Haqq işi
uğrunda mübarizəsinə - ərazi
bütövlüyünün bərpası yolunda səylərinə
ara vermir.
İqtisadi qüdrətini
artırır, siyasi nüfuzunu yüksəldir, ordusunu gücləndirir.
Dünya öz başına gələndə
ağrıyır və ağıllanır! Terrorizmdən kimsə
sığortalanmayıb!
Separatizm müdafiə ediləndə
genişlənir, təhlükəli hal alır.
Artıq terrorizm və separatizm ikili
standartlarla işləyən Avropanın qapılarını
daha tez-tez və bərkdən döyür!
“Evini qorumaq istəyirsənsə,
yanğını qonşudaykən söndür!” - Bu misal boş yerdən
yaranmayıb! Bu gün separatizmi və ədalətsizliyi dəstəkləyənlər
tezliklə özləri belə vəziyyətlə üzləşəndə
peşman olacaqlar!
Sonrakı
peşmançılıqlar isə heç vaxt fayda verməyib.
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2017.-18 oktyabr.- S.1-2.