Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Sizidost Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu bayram cəmiyyətdə həmrəyliyin, sülhünsabitliyin rəmzi, Azərbaycan xalqının öz tarixi birlik ənənələrinə sədaqətinin, öz dövlətini dirçəltmək və möhkəmlətmək əzminin sübutudur.

Müstəqil Azərbaycan Respublikası tarixi baxımdan qısa müddətdə iqtisadiyyatın, sosial sahənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi sahələrində sanballı uğurlar qazanıb, Qafqaz regionunda sabitliksülh amilinə çevrilib. Əlbəttə, bu müsbət nəticələr Sizin yürütdüyünüz ölçülüb-biçilmiş xaricidaxili siyasət sayəsində qazanılıb.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Vladimir Vasilyev

Rusiya Federasiyası Dağıstan Respublikasının

başçısı vəzifəsini müvəqqəti icra edən

 

Azərbaycan.- 2017.- 18 oktyabr.- S.3.