“İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 461; 2007, ¹ 5, maddə 436, ¹ 11, maddə 1053; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.2-ci və 12.3-cü maddələrdə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.
2. 16.1-ci maddədə “qeydiyyata, təkrar və əlavə qeydiyyata” sözləri “dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.
3. 14-cü maddənin adında, 14.1-14.5-ci, 16.3-cü, 19.2-ci və 28.2-ci maddələrdə ismin müvafiq hallarında “əlavə qeydiyyat” sözləri ismin müvafiq hallarında “əlavə dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.
4. 14.4-cü və 19.2-ci maddələrdə “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 19 oktyabr.- S.2.