Azərbaycan ilə Ukrayna
arasında iqtisadiyyat və ticarət sahələrində
əlaqələr möhkəmlənir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş
nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət
naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Ukrayna
Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-
2017.-20 oktyabr.- S.2.