“Polis haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 522-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 611; 2001, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002, ¹ 3, maddə 118, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddə 22, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 2, maddələr 74, 75, ¹ 11, maddə 927; 2007, ¹ 8, maddə 756; 2008, ¹ 4, maddə 251, ¹ 7, maddə 602, ¹ 8, maddə 696, ¹ 10, maddə 883; 2009, ¹ 6, maddələr 399, 401; 2010, ¹ 2, maddə 74, ¹ 3, maddə 171; 2014, ¹ 2, maddə 87, ¹ 11, maddə 1360; 2015, ¹ 5, maddə 486, ¹ 11, maddə 1277, ¹ 12, maddə 1444; 2016, ¹ 2, maddələr 197, 216, ¹ 3, maddə 400, ¹ 5, maddə 838) 28-ci maddəsinin IV hissəsindən, 33-cü maddəsinin I hissəsinin 3-cü bəndindən və 34-cü maddəsinin I hissəsinin 9-cu bəndindən “ləyaqətsiz” sözü çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.- 2017.- 20 oktyabr.-
S.2.