Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ötən illər ərzində Sizin ölkəniz iqtisadi inkişafda sanballı uğurlar qazanıb, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib.

Mən Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirirəm və səmimi qəlbdən inanıram ki, ölkələrimizin xalqları naminə bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantı olacaq.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömürali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Aleksandr Jilkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

 

Azərbaycan.- 2017.- 20 oktyabr.- S.2.