“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603; 2006, ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə 509, ¹ 7, maddə 668, ¹ 11, maddə 1053; 2013, ¹ 6, maddələr 607, 623, ¹7, maddə 791, ¹ 12, maddə 1484; 2014, ¹ 1, maddə 7, ¹ 2, maddə 97, ¹ 6, maddələr 597, 604; 2015, ¹ 3, maddə 255; 2016, ¹ 4, maddə 645, ¹ 6, maddə 990, ¹ 7, maddə 1244, ¹ 11, maddələr 1770, 1775; 2017, ¹ 5, maddə 738, ¹ 6, maddə 1037) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1.4-cü maddədə “təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata” sözləri “əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.
2. 20.5-ci maddədə “əlavə qeydiyyatın” sözləri “əlavə dövlət qeydiyyatının” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.- 2017.- 21 oktyabr.- S.2.