“Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyətinin təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, kosmik sahənin inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın
genişləndirilməsi məqsədi
ilə qərara alıram:
1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 5, maddə 409; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 2 (II kitab),
maddə 341; 2017, ¹ 8, maddə
1521) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə
“Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri
“Azərbaycan Respublikasının”
sözləri ilə əvəz edilsin, “həyata keçirilməsi”
sözlərindən sonra
“, habelə beynəlxalq
kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi
və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin
xarici dövlətlərin
kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə
istifadə sahəsində
əməkdaşlıq edilməsi”
sözləri əlavə
edilsin;
1.2. aşağıdakı
məzmunda 2.1.2-2.1.6-cı yarımbəndlər
əlavə edilsin:
“2.1.2. Cəmiyyətin
inkişaf istiqamətlərinin
müəyyən edilməsi;
2.1.3. Cəmiyyətin
nümayəndəlik və
filiallarının, həmçinin
tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsinə razılıq
verilməsi;
2.1.4. Cəmiyyətin
illik hesabatlarının,
mühasibat balanslarının,
mənfəət və
zərər hesablarının
təsdiq edilməsi, mənfəətinin və
zərərinin bölüşdürülməsi;
2.1.5. Cəmiyyətin
xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən
artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli
əqdin), eləcə
də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri
Cəmiyyətin aktivlərinin
beş faizini və daha çox
hissəsini təşkil
edən əqdin bağlanması haqqında
qərar qəbul edilməsi;
2.1.6. Cəmiyyətin
işçilərinin say həddinin
və xərclər smetasının təsdiq edilməsi;”;
1.3. 2.2-ci bənd
ləğv edilsin;
1.4. 3-cü hissəyə
“sədrinin” sözündən
sonra “və onun müavinlərinin” sözləri əlavə
edilsin;
1.5. 6-cı hissədə
“Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri “Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2017-ci il
Azərbaycan.- 2017.-22 oktyabr.- S.2.