Pan-Afrika Parlamentinin prezidenti 3 saylı “ASAN xidmətmərkəzində olub

 

Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı “ASAN xidmətmərkəzinin fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Rocer Nkodo Danqa “ASAN xidmətmərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Azərbaycan brendi olan “ASAN xidmətmərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmətmərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. “ASAN xidmətmərkəzlərində insanlara operativ rahat formada, müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər təqdim olunur. Mərkəzlərdə vətəndaş məmnunluğunun təmini istiqamətində əldə edilən arzuolunan nəticələr qonaqların diqqətinə çatdırılıb. Həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərmək üçün “ABAD” publik hüquqi şəxs yaradılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bir sıra ölkələr arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Həmçinin “ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. “ASAN xidmət”, eyni zamanda, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. ASAN könüllülərinin “ASAN məktub “ASAN kadrlayihələri qabaqcıl təcrübələr kimi, BMT-ninCənub-cənub əməkdaşlığı çərçivəsində qabaqcıl mexanizmlər həlləradlı portalına daxil edilib.

Pan-Afrika Parlamentinin prezidentinə 3 saylı Bakı “ASAN xidmətmərkəzində tətbiq olunan innovativ avadanlıq da nümayiş etdirilib.

“ASAN xidmətmərkəzində yaradılmış şəraiti nümunəvi prinsipini yüksək qiymətləndirən Rocer Nkodo Danq bu qurumun fəaliyyətini təqdirəlayiq hesab edib, kollektivə uğurlar arzulayıblar.

 

Azərbaycan.- 2017.- 24 oktyabr.- S.2.