Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın
inkişaf etdirilməsi üşün
yaxşı imkanlar var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 27-də Qvatemala
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Lars Henrik
Pira Perezin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Lars Henrik
Pira Perez etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli
əməkdaşlığın müxtəlif sahələrdə
inkişaf etdirilməsi
üçün yaxşı
imkanların olduğu
vurğulandı və
ölkələrimizin iqtisadi,
sərmayə qoyuluşu,
ticarət və mədəni əlaqələrin
inkişaf etdirilməsi
istiqamətində səy
göstərməkdə maraqlı
olduğu bildirildi.
Görüşdə, həmçinin Azərbaycanla
Qvatemala arasında əlaqələrin daha da genişləndirilməsi
üçün ölkələrimizin
bir-birini daha yaxından tanımasının
və məlumatlandırılmasının
zəruriliyi qeyd olundu.
Söhbət zamanı səfir Lars Henrik Pira Perez Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın günlərdə
nəzərdə tutulan
açılışı münasibətilə dövlətimizin
başçısını təbrik etdi.
Azərbaycan.-
2017.- 28 oktyabr.- S. 1.