Avstraliya Azərbaycanın suverenliyini və
ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Mark İnnes-Braun fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mark İnnes-Braun
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında
parlament üzvlərinin,
nazirlər və digər səviyyədə
nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin
əhəmiyyətini qeyd
etdi. İqtisadi sahədə
əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı
ticarətin artırılması
üçün iqtisadi
əməkdaşlıq formatının müəyyənləşdirilməsinin
zəruri olduğunu dedi. Prezident İlham Əliyev
ölkələrimizin bir-birindən
uzaq məsafədə
yerləşməsinə baxmayaraq,
geniş liman şəbəkəsindən istifadə
edərək yeni əməkdaşlıq sahələrinin
qurulmasının mümkünlüyünü
qeyd etdi. Dövlətimizin başçısı
turizm sahəsində də əməkdaşlığın
inkişaf etdirilməsi
üçün yaxşı
imkanların olduğunu
dedi. Prezident İlham Əliyev
ümidvar olduğunu bildirdi ki, Mark İnnes-Braun səfirlik fəaliyyəti dövründə
ikitərəfli münasibətlərimizin
inkişafı işinə
töhfəsini verəcək.
Avstraliya İttifaqının Azərbaycanda
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Mark İnnes-Braun
ölkələrimiz arasında
diplomatik əlaqələrin
qurulmasının 25-ci ildönümündə
etimadnaməsini təqdim
etməkdən qürur
hissi duyduğunu bildirdi. O, ölkəsinin Azərbaycan
ilə əlaqələrin
genişləndirilməsində maraqlı olduğunu bildirərək dedi: “Avstraliya hər zaman Azərbaycanı möhkəm şəkildə
dəstəkləmişdir. Biz Dağlıq Qarabağla
bağlı sizin suverenliyinizi və ərazi bütövlüyünüzü
dəstəkləyirik, biz sizin
mövqeyinizi dəstəkləyirik”.
Sonra səfir Mark İnnes-Braun ölkələrimiz arasında
ticarət və investisiya sahələrində
əməkdaşlığın genişləndirilməsinin zəruriliyini
bildirdi.
Azərbaycan.-
2017.- 28 oktyabr.- S. 1.