“Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹2, maddə 56; 2015, ¹2, maddə 92, ¹5, maddə 496, ¹7, maddə 821; 2016, ¹6, maddələr 999, 1007) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.2-ci maddəyə “hərbi vəzifələrin” sözlərindən sonra “(bu qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifələr istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 4.4-cü maddə əlavə edilsin:
“4.4.Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır.”.
3.28.6-cı maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.- 2017.- 29 oktyabr.- S.2.