Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiyaiqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Dünyadaregionda cərəyan edən proseslərdə fəal rolumövqeyi Türkiyəyə ən mötəbər beynəlxalq təşkilatların toplantılarını, yüksək zirvə görüşlərini keçirməyə imkan verir. Ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Türkiyənin Azərbaycanı bu forumlara dəvəti əsl qardaşlıq nümunəsidir.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2017-ci il.

 

Azərbaycan.- 2017.- 29 oktyabr.- S.2.