Müasir dövrdə iqtisadi inkişaf innovasiyanın tətbiqindən keçir

 

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə ölkənin milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdir. Bu sənədin qəbul olunmasında məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini və inklüzivliyini, eləcə də əhalinin sosial rifahını artırmaqdır. Dövlət başçısının 16 mart 2016-cı il tarixli sərəncamına əsasən, iqtisadiyyatın 11 sektoru üzrə hazırlanan 12 strateji yol xəritəsi yaxın illər üçün investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini gücləndirmək üçün əsas fəaliyyət proqramıdır. Bizbu məqalədə həmin mühüm sənəddə qarşıya qoyulan vəzifələri icra etmək üçün bəzi təhlillər aparmış, təkliflər irəli sürmüşük.

 

Əmək məhsuldarlığının artırılması mühüm şərtdir

 

Beynəlxalq miqyasda ictimai istehsalın səmərəli inkişafını əks etdirən əsas göstəricilərdən biri də əmək məhsuldarlığıdır. Azərbaycanın milli hesablarında nəzərdə tutulan metodikaya əsasən, ölkə üzrə bu göstərici ümumi daxili məhsulun iqtisadiyyatda məşğul olanların, ayrı-ayrı iqtisadi fəaliyyət sahələrində isə əlavə dəyərin işçilərin orta illik sayına bölməklə müəyyən edilir. Bu yanaşmaya uyğun olaraq biz ölkə üzrə 2010-2015-ci illərdə əmək məhsuldarlığının dinamikasını təhlil etmişik. Məlum olmuşdur ki, 2015-ci ildə 2010-cu illə müqayisədə Azərbaycanda əmək məhsuldarlığı 4,3 faiz yüksəlmişdir. Bu dövrdə həmçinin ümumi daxili məhsul istehsalı 12,5, iqtisadiyyatda məşğul olanların sayı 8 faiz artmışdır. Lakin həmin dövrdə məşğul əhalinin 99,4 faizinin çalışdığı qeyri-neft sektorunda əmək məhsuldarlığı ölkə üzrə orta göstəricidən aşağı olmuşdur. Buna baxmayaraq, Azərbaycanda əməkhaqqının artım tempi əmək məhsuldarlığının artım tempini dəfələrlə üstələmişdir. Belə ki, 2015-ci ildə 2010-cu ilə nisbətən əmək məhsuldarlığı, qeyd etdiyimiz kimi, 4,3 faiz artdığı halda, nominal əməkhaqqı 41 faiz artmışdır, hərçənd bu, beynəlxalq iqtisadi nəzəriyyədə o qədər də arzuolunan fakt sayılmır.

Əmək məhsuldarlığının yüksəldilməsinin əsas faktoru innovasiyalı inkişafdır. Dövlətstatkomun məlumatına görə, 2014-cü ildə ölkə üzrə sənaye məhsullarının 0,17 faiziya 13,4 milyon manatlığı innovasiya təyinatlı olmuşdur. 2015-ci ildə də bu göstərici demək olar dəyişməmişdir. Məlumat üçün bildirək ki, həmin il emal sənayesində texnoloji investisiyalara 32,5 milyon manat xərclənmişdir ki, bu da sahəyə qoyulan investisiyaların 5 faizinə bərabərdir. Bu vəsaitlərin 0,2 faizi dövlət, qalanları isə müəssisələrin öz vəsaitləri olmuşdur. 2011-2014-cü illərdə isə texnoloji innovasiyalara 58,9 milyon manat investisiya qoyulmuşdur. İnvestisiyaların maliyyə mənbəyinin 81,8 faizini müəssisələrin, 15,4 faizini isə büdcə xərcləri təşkil etmişdir. Eyni zamanda 2013-2015-ci illərdə emal sənaye sahələrində 5 milyard manat dəyərində yeni əsas istehsal fondları istifadəyə verilmişdir.

 

İqtisadi inkişafın keyfiyyət göstəricisinə təsir edən amil - innovasiya

 

İqtisadi inkişafın keyfiyyət göstəricilərinin formalaşması belə vəziyyətdə nə ilə izah edilir? 2015-ci ildə Dövlətstatkom tərəfindən 300-dən çox ortairi sənaye müəssisəsində aparılan sorğunun nəticələri göstərir ki, innovasiyaya mane olan amillər var. Onlara misal olaraq texnologiyalar bazarının inkişaf etməməsini, maliyyə təminatının kifayət qədər təmin edilməməsini, müəssisənin innovasiya potensialının aşağı olmasını, müəssisələr tərəfindən innovasiyalara maraq göstərilməməsini, innovasiya məhsullarına tələbatın azlığını, xərclərin ödənilmə müddətinin çox olmasını, yeni texnologiyalar haqqında informasiya qıtlığını, normativ hüquqi sənədlərin qəbul edilməməsini, yeniliklərin dəyərinin yüksək olmasını, ixtisaslı işçilərin çatışmamasını və s. göstərmək mümkündür.

Bu gün əsas məsələ 2014-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin vaxtında icrasını təmin etməkdir. Bu sənədlərdə göstərilən mühüm tədbirlərin icrası sənaye istehsalının iqtisadi səmərəliyinin və rəqabət qabiliyyətinin yüksəlməsində, sənayenin diversifikasiyasında və innovasiyalı inkişaf mühitinin yaradılmasında mühüm mərhələ olacaq. Belə ki, 2017-2020-ci illərdə Strateji Yol Xəritəsində innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi, innovasiya yönümlü regional klasterlərin yaradılması, 2017-2020-ci illərdə ən azı 3 klasterin yaradılması, sənaye müəssisələrinin modernizasiyası və inkişafı üçün realizasiya edilən investisiya layihələrinə çəkilən xərclərin müəyyən hissəsinin subsidiyalaşdırılması, sənaye klasterlərinin yaradılması və fəaliyyətinin təşkilini tənzimləyən normativ hüquqi aktların hazırlanması, sənaye parklarının, texnoparkların və aqroparkların tərkibində elmi-tədqiqat mərkəzlərinin yaradılması və sairə çox mühüm tədbirlərdir.

2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramında isə sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması hədəflənmişdir. Bu məqsədlə ölkənin iqtisadi rayonlarında fəaliyyət göstərən kiçikorta müəssisələrin bazasında ərazi istehsal klasterlərinin yaradılması nəzərdə tutulmuşdur. Bizim fikrimizcə, onlar texnoloji yaxınlıq və hazır məhsul istehsalı meyarları əsasında qruplaşdırıla və qanunvericiliyə uyğun olaraq ərazi klasteri formalaşdırıla bilər. Bundan əlavə, bəzi ölkələrdə innovasiya-biznes inkubatorlarının yaradılması praktikasından geniş istifadə olunduğu da unudulmamalıdır.

Sənayeləşmənin xüsusi instrumenti olan klasterləşmənin təşkili və idarə edilməsi öncə onun normativ hüquqi bazasının yaradılmasını tələb edir. Bizdə isə bu gecikir. Hesab edirik ki, bu məqsədlə digər ölkələrin, o cümlədən Rusiya Federasiyasının təcrübəsindən istifadə etmək məqsədəuyğun olardı.

İnsan kapitalından səmərəli istifadəyə nail olmaq üçün ölkə iqtisadiyyatının innovasiyalı inkişafı, şaxələndirilməsi və sənayenin emal sahələrinin, xüsusi ilə əmək tutumlu maşınqayırma və yüngül, metallurgiya, kimya, neft-kimyatikinti materialları sənaye sektorlarının inkişafının, habelə aqrar sektorunonun məhsullarını emal edən sahələrin prioritet inkişafı yaxın gələcəyin hədəflərindəndir. Texno və sənaye parklarının, sənaye məhəllələrinin yaradılması da bu istiqamətdə atılan vacib addımlardandır. 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksi olmaqla 26 rayonda 37 aqroparkın istifadəyə verilməsi isə kənd təsərrüfatının innovativ inkişafına və əmək məhsuldarlığının yüksəldilməsinə əlverişli şərait yaradır.

 

Təhsil-elm-istehsalat

 

İnnovasiyalı inkişafın təmin edilməsində mühüm amil elm-təhsil-iqtisadi fəaliyyət əlaqələrinin təkmilləşdirilməsidir. 2016-cı ildə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkı Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq əsasında bakalavriatmagistrantlardan ibarət qrupları parkın perspektiv layihələrinə cəlb edir. Həmçinin AMEA Bakı Mühəndislik Universiteti ilə birlikdə Biznes İnkubasiya Mərkəzinin yaradılmasını nəzərdə tutmuşdur. Yüksək Texnologiyalar Parkı ilə “ERC GROUP” MMC arasında isə elmbiznesin birliyini təşkil etmək məqsədilə müqavilə imzalanmışdır. Yeri gəlmişkən qeyd edək ki, elmi-tədqiqatların, ixtiraların və texnologiyaların nəticələrinin kommersiyalaşması ilə məşğul olan MMC ciddi beynəlxalq təcrübəyə malikdir.

Digər ölkələrin təcrübəsi göstərir ki, təkcə dövlət dəstəyi təhsil-elmi tədqiqat və təcrübə-konstruktor işləmələrinin inkişafının əsası ola bilməz. Ölkənin iri şirkətləri bu sektorlara investisiya qoymalıdırlar ki, beynəlxalq tələblərə cavab verən məhsul istehsal edə bilsinlər. İnnovasiyalı iqtisadiyyatın uğurlu inkişafı bu sahələrin məhsullarına və xidmətlərinə daxilixarici bazarların tələbinin olmasını zəruri edir. Biznes tərəfindən innovasiya tələbinin məhdudluğunu aradan qaldırmadan elmi-tədqiqatların nəticələrinin kommersiyalaşması problemini həll etmək çətin məsələdir.

Azərbaycanda təhsil-elm-istehsalat zəncirinin təkmilləşdirilməsi haqqında iki prinsipial xarakterli konsepsiya mövcuddur. Birinci konsepsiya elmlə təhsilin vahid mərkəzdən idarə edilməsi, ikinci isə Milli Elmlər Akademiyasında islahatların dərinləşdirilməsi və bütünlükdə ölkədə elmi tədqiqatların idarəetmə və koordinasiya sisteminin təkmilləşdirilməsidir. Bu məqalənin müəllifi ikinci konsepsiyanı dəstəkləyərək hesab edir ki, “Elm haqqında” qanunda nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün AMEA-ya verilən hüquqlara yenidən baxmaqstruktur islahatları aparmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, AMEA Azərbaycanda elmin inkişafını təşkil və təmin edən, dövlətin elmielmi-texniki siyasətini həyata keçirən, ölkədəki bütün elmi müəssisələrin və təşkilatların, eləcə də ali təhsil-müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilatdır.

Bundan başqa, ölkədə innovasiyaların tətbiqinə əlverişli mühit yaratmaq məqsədilə inhisarçılıqla mübarizə daha da gücləndirilməli, təsərrüfat subyektləri arasında rəqabət mühiti formalaşdırılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan Respublikasında kiçikorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə də inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi məqsədilə ölkədə müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılmasının zəruriliyi göstərilmişdir. Bunun üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vəzifə və hüquqlarına yenidən baxılması, ona mərkəzi idarəetmə strukturu statusunun verilməsi məqsədəuyğun olardı. Eyni zamanda istehsal xərclərini azaltmaq, bazara təqdim olunan məhsulların maya dəyərini aşağı salmaq məqsədilə müəssisələr arasında rəqabət yaratmaq üçün əsas kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin aşağı və sənaye üsulu ilə istehsal olunan əsas ərzaq məhsullarının istehlak qiymətlərinin yuxarı həddinin dövlət tərəfindən tənzimlənməsi (dərman vasitələrinin satış qiyməti kimi) də innovasiyaların tətbiqinə əhəmiyyətli dərəcədə müsbət təsir edə bilər.

 

Kiçikorta sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsidir

 

Yol xəritəsində prioritet elan edilən vəzifələrdən birikiçikorta sahibkarlığın inkişafıdır. 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev demişdir: “...Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, orada iqtisadi potensialı müəyyən edən ortakiçik sahibkarlardır”. Bu, bir həqiqətdir. AmerikadaAlmaniyada ümumi daxili məhsulun 50-52, Fransada, Yaponiyada 55-62 faizi kiçikorta biznes tərəfindən istehsal edilir. Azərbaycanda isə kiçikorta sahibkarlıq subyektləri fərqlidir. Ölkəmizin sənaye sektorunda işçilərin sayı 50 nəfərə qədər olan müəssisələr kiçik müəssisə hesab olunursa, ABŞ-da bu meyar 100 nəfərdir. Həmin ölkədə işçilərin sayı 500 nəfərə qədər olan müəssisələr isə orta müəssisə sayılır. Sinqapurda bu göstərici 200 nəfərdir. Almaniyada isə işçilərinin sayı 1000 nəfərədək olan müəssisələr orta biznesə aid edilir.

Apardığımız hesablamalar göstərir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərən kiçik müəssisələrin hər birində orta hesabla 10 nəfərə qədər adam işləyir və həmin müəssisələrdə ölkə üzrə buraxılan məhsulun 4-5 faizi qədər məhsul (xidmət) istehsal olunur. Özü də sənaye sektorundakı müəssisələrin 90 faizə qədəri kiçik müəssisədir. 2015-ci ildə Azərbaycanda bir yüngül sənaye müəssisəsinin orta hesabla 60 işçisi olub. Bizim ölkənin meyarına görə bu, orta müəssisə kateqoriyasına aiddir. Hesab edirik ki, kiçik müəssisələrin bazasında Azərbaycanda innovasiya təyinatlı iqtisadiyyat qurmaq çətindir. Odur ki, ölkədə elə kooperasiya siyasəti yeridilməlidir ki, fəaliyyətini müasir texnologiyalar əsasında qurmaq və innovasiyalı məhsullar istehsal etmək üçün belə müəssisələr ərazi üzrə klasterləşə bilsin. Klasterə daxil olan emal sənaye müəssisələri tərəfindən innovasiyalara faktiki çəkilən xərclərin mənfəət vergisi hesablanarkən vergi tutulan məbləğdən çıxılması da məqsədəuyğun olardı.

Məlumat üçün bildirək ki, klasterlər qarşılıqlı əlaqəli müəssisələrin toplamıdır. Onun tərkibində istehsal müəssisələri ilə yanaşı, ixtisaslaşmış malgöndərən təşkilatlar, maliyyə və konsaltinq müəssisələri, elmi-tədqiqat və təhsil təşkilatları birgə fəaliyyət göstərirlər. Onlar həm regional, həm də sahələr (funksional baxımdan) üzrə formalaşdırılır. Klasterin tərkibində həmçinin dövlətə məxsus olan istehsal, təhsil və maliyyə müəssisələri, texnoparklar fəaliyyət göstərirlər.

 

İqtisadi fəaliyyətin koordinasiyası dövrün tələbidir

 

Strateji Yol Xəritəsində göstərilir ki, iqtisadi inkişafın yüksək səviyyədə koordinasiyası təmin edilməlidir. Bizim elmi araşdırmalarımız da sübut edir ki, ölkə miqyasında iqtisadi fəaliyyətin mövcud koordinasiya sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilməlidir. Bütünlükdə iqtisadi fəaliyyət sahələrinin inkişafının koordinasiyasının gücləndirilməsi zəruridir. Çünki iqtisadi fəaliyyətin koordinasiyası kompleks və səmərəli inkişaf amilidir.

Bundan əlavə, indiki kimi təkcə dövlət investisiya proqramları yox, eyni zamanda özəl investisiyaları nəzərə almaqla bütünlükdə ölkə üzrə illik və uzunmüddətli investisiya proqramının (investisiyaların həcmi, istehsal güclərinin istifadəyə verilməsi və s. göstəricilər əks olunmaqla) hazırlanması düzgün olardı. Çünki dövlət məhz məhsuldar qüvvələrin düzgün yerləşdirilməsində, bütünlükdə investisiya obyektlərinin iqtisadisosial səmərəsinin yüksək olmasında maraqlıdır. Nəzərə alınmalıdır ki, ölkənin, o cümlədən regionların tarazlı iqtisadisosial inkişafında investisiyalar həlledici rol oynayır. Tarazlı inkişaf məhsuldar qüvvələrin düzgün yerləşdirilməsindən bilavasitə asılıdır. Bu, imkan verər ki, məhsul istehsalının, və xidmətlərin planlaşdırılan həcmi, habelə regionlarda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, yeni texnologiyaların və digər innovasiyaların tətbiqi bütünlükdə ölkənin investisiya proqramı ilə lazımi səviyyədə əlaqələndirilsin. İnvestisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi təkcə dövlət investisiyalarını yox, mülkiyyət formasından və maliyyə mənbələrindən asılı olmayaraq bütün investisiyaları əhatə etməlidir.

1995-ci ildə qəbul edilmişİnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda amortizasiya ayırmaları investisiya fəaliyyətinin maliyyə mənbələrindən biri kimi nəzərdə tutulmuşdur. Həmin qanunun 11-ci maddəsində göstərilir ki, amortizasiya siyasəti investisiya fəaliyyətinin dövlət tənzimləmə vasitələrindən biridir. Ancaq Azərbaycanda amortizasiya ayırmalarından təyinatı üzrə, yəni ancaq investisiya mənbəyi kimi istifadəni təmin edən sistem ləğv edilmişdir. İndi amortizasiya ayırmaları mülkiyyət formasından asılı olmayaraq müəssisələr tərəfindən həm cari, həm də kapital xərcləri üçün istifadə olunur. Eyni zamanda amortizasiya mənfəətdən verginin bazasını azaltmaq üçün təsərrüfat subyektlərinin əlində vasitəyə çevrilmişdir. Vergi Məcəlləsində xərc maddəsi kimi qəbul edilən amortizasiya ayırmaları Azərbaycanın toplu maliyyə balansında və milli hesablarında təsərrüfat subyektlərinin mənfəəti kimi uçota alınır.

Beynəlxalq standartlara görə isə amortizasiya siyasəti amortizasiya fondunun formalaşdırılmasını və əsas fondların təkrar istehsalını və modernizasiyasını təmin edə bilən məbləğdə vəsaitlərin yığılmasını təmin etməlidir. İnkişaf etmiş ölkələrdə müəssisələrin mənfəətindən vergiamortizasiya ayırmalarının hesablanmasının norma və metodları vahid sistem halında həyata keçirilir. Bir qayda olaraq əsas fondların ancaq aktiv növləri üzrə sürətli amortizasiyaya dövlət icazə verir. Bazar iqtisadiyyatlı ölkələrdə iqtisadi səmərə ön plana keçdiyinə görə qanunvericilik aktlarında nəzərdə tutulur ki, müəssisə əsas vəsaitdən o vaxta qədər istifadə edə bilər ki, o, müəssisəyə gəlir gətirir. Bu məqsədlə illik amortizasiya normaları əsas vəsaitin sərfəli ömür müddətinə görə təyin edilir.

Odur ki, “Amortizasiya ayırmaları haqqında” qanunun qəbulu onların mənfəətdən vergitutma bazasına aid edilməsi, onlardan prioritet sahələrdə ancaq investisiya məqsədləri, o cümlədən innovasiyaların tətbiqi üçün hökumətin icazəsi ilə istifadə edilməsi, amortizasiya güzəştləri sisteminin tətbiqi, investisiya kimi istifadə olunan amortizasiya ayırmalarının mənfəət vergisindən azad edilməsi məqsədəuyğun olardı. Hökumət tərəfindən 2017-ci il üçün 6,2 milyard manat proqnozlaşdırılan amortizasiya ayırmalarının mənfəətdən vergi bazasına daxil edilməsi bir tərəfdən dövlət gəlirlərini artıra, digər tərəfdən əsas fondların modernizasiyasını sürətləndirə bilər.

Sənayenin emal sahələrinin innovasiyalı inkişafına, investisiya qoyuluşuna ölkənin pul-kredit siyasəti həlledici təsir göstərən amildir. 2017-ci ilə Mərkəzi Bankın pul siyasəti inflyasiyanın sabitliyinin təmin edilməsinə əsaslanmışdır. Mərkəzi Bank hesab edir ki, inflyasiya riskləri şəraitində iqtisadi artımın pul siyasəti vasitəsilə stimullaşdırılması effektli deyil. Əslində isə pul siyasətini təkcə inflyasiyanın məhdudlaşdırılması konsepsiyasına əsasən formalaşdırmaq qeyri-neft sənaye sektorunun inkişafı imkanlarını məhdudlaşdırır, təsərrüfat subyektlərinin kreditlərə əlçatmazlığını yaradır, iqtisadi inkişafda inflyasiyanın müsbət rolundan istifadəyə imkan vermir. Bu səbəbdən Mərkəzi Bank həmin konsepsiyaya yenidən baxmalıdır.

Sonda onu qeyd edək ki, Strateji Yol Xəritəsində irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarının öz fəaliyyətlərini yenidən qurmaları vacibdirbu səbəbdən ona heç kim şübhə də etmir. Çünki əsasən ölkəmizdə köklü iqtisadi islahatlara yönəlmiş həmin vəzifələr təkcə zamanın tələbi deyil, həm də dövlət başçısının bu istiqamətdəki iradəsinin və qətiyyətinin nümayişidir.

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun

şöbə müdiri, professor, əməkdar iqtisadçı

 

Azərbaycan.- 2017.- 29 oktyabr.- S.5.