Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı
Əminə Ərdoğanı hava
limanında Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər
qarşıladılar.
Azərbaycan.-
2017.-31 oktyabr.- S.5.