Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri

 

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

***

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri oktyabrın 30-da başa çatıb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2017.-31 oktyabr.- S.5.