Özbəkistanın Baş naziri Abdulla Aripovun Azərbaycana səfəri
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş
nazir Abdulla Aripovu hava limanında Azərbaycan
Respublikası Baş nazirinin
birinci müavini Yaqub Eyyubov və digər
rəsmi şəxslər qarşıladılar.
***
Özbəkistan
Respublikasının Baş naziri Abdulla Aripovun Azərbaycana səfəri
həmin gün başa çatıb.
Baş nazir Abdulla Aripovu hava
limanında Azərbaycanın Baş nazirinin birinci müavini
Yaqub Eyyubov və digər rəsmi şəxslər yola
saldılar.
Azərbaycan.-
2017.-31 oktyabr.- S.5.