Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin Azərbaycana səfəri

 

Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə və digər rəsmi şəxslər qarşıladılar.

 

***

Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayevin Azərbaycan Respublikasına səfəri oktyabrın 30-da başa çatıb.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2017.-31 oktyabr.- S.5.