Slovakiya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Andrey Kiskaya
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Slovakiya xalqına
daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 29 avqust 2017-ci il.
Azərbaycan.- 2017.-1 sentyabr.-
S.1.