Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Sizi təbrik edirəm.

Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əsrin dörddəbir hissəsi müddətində ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri sürətlə inkişaf etmişdir və ildən-ilə intensiv artımını davam etdirir.

Aprel ayı ərzində ölkənizə həyata keçirilən rəsmi səfərim zamanı aparılan danışıqlar Qazaxıstan və Azərbaycan arasında münasibətlərdə yeni sərhədlərin açılmasını, müxtəlif sahələrdə əməkdaşlığın yeni prioritet istiqamətlərini müəyyən edib. Şübhəsiz ki, əldə olunmuş razılaşmaların reallaşdırılması dövlətlərimiz arasında strateji əməkdaşlığın inkişafına əlavə təkan verəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2017.-1 sentyabr.- S.1.