Regionlarda modern emal
kompleksləri genişləndirilir
Sentyabrın 2-də Cəlilabadda “Avanqard” Məhdud Məsuliyyətli
Cəmiyyətinin dənli
və paxlalı bitkilərin təmizlənməsi
və qablaşdırılması
müəssisəsi istifadəyə
verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.
Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda paxlalı bitkilərin, o cümlədən noxud, lobya, mərci və digərlərinin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Emal kompleksində müasir tələblərə cavab verən taxıl anbarı və dəyirmanda Azərbaycan və Türkiyə, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda isə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb.
Prezident
İlham Əliyevə Cəlilabadda istehsal olunan paxlalı
bitkilər haqqında məlumat verildi. Bildirildi ki, bu il 0,7 min
hektar sahədə mərci, 4,5 min hektar sahədə noxud, 4,5 min hektar sahədə lobya və
120 hektar sahədə qarabaşaq
yetişdirilib. Ümumilikdə 1,1 min ton mərci,
8,1 min ton noxud, 11,2 min
ton lobya, 240 ton qarabaşaq
istehsal olunub.
Dövlətimizin başçısı müəssisəni
işə saldı.
Müəssisənin 100 faiz yerli xammal
bazası əsasında
fəaliyyət göstərməsi
nəzərdə tutulub. Bu məqsədlə regionda fəaliyyət göstərən
fermerlərlə müvafiq
müqavilələr bağlanıb
və onlarla emal kompleksinin tələbatına uyğun
olaraq məhsul istehsal etmələri istiqamətində təşviqat
işləri aparılıb.
Bu layihə emal
müəssisəsinin fəaliyyəti
zamanı idxaldan asılılığı azaltmaqla
yanaşı, yerli fermerlərə stimul verir, onları məhsul istehsalının
həcmini daha da artırmağa sövq edir.
Qeyd edildi ki, taxıl
anbarının tutumu
10 min ton, müasir dəyirman
kompleksinin emal gücü isə saatda 30 tondur. Ümumi
dəyəri 5,3 milyon
manat olan taxıl anbarı və dəyirman kompleksinin yaradılmasına
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 1 milyon
manat məbləğində
güzəştli kredit,
həmçinin dəyəri
850 min manat olan çeşidləmə və
qablaşdırma avadanlıqları
üçün investisiya
təşviqi sənədi
verilib. Xammal və hazır
məhsulların daşınması
üçün iri tutumlu 5 nəqliyyat vasitəsi alınıb.
Layihənin tam icrası nəticəsində 80-dək daimi yeni iş
yeri yaradılacaq. Ölkədə bu cür müəssisələrin
yaradılması idxaldan
asılılığın aradan
qaldırılması və ixracyönümlü
məhsulların çeşidinin
artırılmasında da mühüm
rol oynayır.
Azərbaycan.- 2017.- 6 sentyabr.- S.4.