Çayçılıq inkişafdadır, indi növbə baramaçılıqdır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 2-də
Lənkərana səfəri
çərçivəsində fermer Araz Yaqubovun
“Yaşıl Çay”
MMC-nin plantasiyasında
görülən işlərlə
tanış olub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına
plantasiya barədə
ətraflı məlumat
verildi. Bildirildi ki, sovetlər
dönəmində Lənkəranın
İstisu qəsəbəsində
böyük çay təsərrüfatı mövcud
olub. Lakin durğunluq illərində
həmin plantasiyalar sıradan çıxıb.
Hazırda Prezident İlham
Əliyevin böyük
diqqət ayırdığı
aqrar sahə, o cümlədən çayçılıq
yenidən inkişaf dövrünü yaşayır.
“Yaşıl Çay” MMC də yaradılan bu şəraitdən səmərəli
istifadə edir. Fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə
seçilən “Kolxida”
sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə
- ölkədə elan
edilən “Kənd təsərrüfatı ili”ndə
ilk dəfə seçmə
üsulu ilə yığım aparan “Yaşıl Çay” fermer təsərrüfatının
sahələrindən bu
il daha
bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay
əkini sahəsi 61 hektardır. Gələcəkdə isə çay sahələrinin ümumi sahəsi 100 hektara çatdırılacaq. Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər
tərəfindən qurulmuş
suvarma şəbəkəsi
vasitəsilə çiləmə
üsulundan istifadə
etməklə suvarılması
həyata keçirilir.
Təsərrüfatda xaricdən gətirilən
ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı
kimyəvi vasitələrdən
istifadə edilmir.
Mineral gübrələr əvəzinə üzvü
gübrələrdən daha
çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən
tam təmiz olur.
Prezident İlham Əliyevə məlumat verildi ki, yığılan yaşıl çay yarpağı müəssisənin
nəzdindəki istehsal
sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək
keyfiyyətli “Lənkəran
çayı” brendi altında müxtəlif çeşiddə çaylar
istehsal edilir.
Dövlətimizin başçısı “Yaşıl Çay” MMC-nin tut tingləri əkilən sahəsinə də baxdı. Bildirildi ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun “Yaşıl Çay” fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.
Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşdü.
İŞÇİLƏR: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
Necəsiniz?
İŞÇİLƏR: Çox sağ
olun, yaxşıyıq.
Bayramınızı təbrik edirik,
cənab Prezident.
Qədəmləriniz uğurlu olsun.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
Mən də sizi təbrik
edirəm, bayramınız
mübarək.
İŞÇİLƏR: Bizim üçün bu şəraiti yaratdığınıza görə
Sizə minnətdarlığımızı
bildiririk.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
Çox
yaxşıdır ki,
burada çayçılıq
inkişaf edir. Lənkəran həmişə Azərbaycan çayçılığının
mərkəzi olub.
İndi də bu ənənəvi
sahəni bərpa edirik. Çox şadam ki,
bu sahə bərpa olunur. Sahələr artırılır
və iş yerləri açılır,
xüsusilə də qadınlar üçün.
Çünki ənənəvi olaraq Azərbaycanda çayçılıqla qadınlar
məşğul olurlar.
Necədir işinizdən razısınız?
İŞÇİLƏR: Bəli, cənab Prezident, razıyıq.
Prezident İlham
ƏLİYEV: Yaxşı maaş verilir?
İŞÇİLƏR: Bəli, yaxşıdır.
Prezident İlham
ƏLİYEV: Çox yaxşı.
***
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2017.- 6 sentyabr.- S.5.