İlham Əliyev: "Çayçılığın əvvəlki
şöhrətini bərpa edəcəyik"
Sentyabrın 2-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində
“Astara Çay” Məhdud Məsuliyyətli
Cəmiyyətinin plantasiyalarına
baxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.
Prezident İlham Əliyevə məlumat verildi ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı “Astara Çay” MMC-yə məxsusdur.
“Astara Çay” MMC 2010-cu ildə
təsis edilib. Quru çay
istehsalı üçün
istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı
plantasiyalardan tədarük
olunur. Bu plantasiyalarda əkilən
“Kolxida” çay toxumları Gürcüstanın
Batumi şəhərinin Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun
tədris-təcrübə sahəsindən alınıb.
Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib.
Ekoloji cəhətdən təmiz
şəraitdə yetişdirilən
çayın becərilməsi
və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində
Almaniyanın LACON şirkəti
tərəfindən ekoloji
müşahidələr aparılır.
Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin
layihəsi əsasında
çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə
xaricdən gətirilən
ən müasir avadanlıq quraşdırılıb.
Fabrik gündə 10 ton yaşıl
çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır.
Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-cı ildə İSO 9001 və
İSO 14001 sertifikatlarına layiq görülüb.
Prezident İlham Əliyev “Astara Çay” MMC-nin işçiləri ilə söhbət etdi.
İŞÇİLƏR: Xoş gəlmisiniz, cənab Prezident. Sizin səfəriniz əlamətdar
günə təsadüf
edir. Sizi və ailə
üzvlərinizi Qurban
bayramı münasibətilə
təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Sizin sayənizdə sakit, firavan həyat yaşayırıq. Allah Sizi qorusun.
Prezident İlham
ƏLIYEV: Sağ olun.
Mən də Sizi müqəddəs
Qurban bayramı münasibətilə ürəkdən
təbrik edirəm.
Sizə cansağlığı arzulayıram.
Şadam
ki, siz burada
işləyirsiniz. Oradakı fotoşəkillərdə
bu sahənin əvvəlki görüntüləri
əks olunub. Burada heç bir təsərrüfat yox idi, kol-kos idi.
İndi gözəl çay plantasiyaları yaradılıb
və siz də ənənəvi işlə təmin olunmusunuz. Çünki çayçılıq cənub zonası, xüsusilə Lənkəran
üçün ənənəvi
sahədir. Burada həm
dövlət üçün,
həm də özünüz üçün
fəaliyyət göstərirsiniz.
Həm çayçılıq inkişaf
edir, həm də siz əməkhaqqı
alırsınız. Çayçılıq çox gözəl, ekoloji cəhətdən təmiz işdir. İşləmək də o qədər
çətin deyil.
İŞÇİLƏR: Buna görə də Sizə minnətdarıq. Çox sağ
olun. Allah Sizə
cansağlığı versin.
Prezident İlham ƏLIYEV: Sağ olun. Lənkəranda çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq. Çayçılığın əvvəlki şöhrətini bərpa edəcəyik.
***
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2017.- 6 sentyabr.- S.5.