Təhsilə qayğı insan kapitalının
inkişafına xidmət edir
Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının
əsaslı təmir
və yenidənqurmadan
sonra sentyabrın 5-də
açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Burada da əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı qəbul edilən xüsusi
Dövlət Proqramında nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu
kimi, təhsil müəssisələrinin
əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının
inşası prosesi məqsədyönlü
şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə
də respublikanın hər yerində orta
məktəb binaları yüksək standartlara
uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində
abadlıq işləri həyata keçirilir,
yeni yaşıllıq zolaqları
salınır. Beləliklə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində mühüm işlər
görülür. Təhsil sahəsində
görülən bütün bu işlər Azərbaycanda insan
kapitalının daha da
inkişaf etdirilməsi məqsədinə
xidmət edir.
Azərbaycan.- 2017.-6 sentyabr.- S.10.