Nizami rayonundakı 201 saylı tam orta məktəbin binası əsaslı surətdə yenidən qurulub
Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binada davam etdirəcəklər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, 201 saylı tam orta məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cü ildən, ikincisi isə 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.
Zəngin təbii sərvətlərə
malik olan Azərbaycanda
bu sərvətlərdən səmərəli
istifadə olunmaqla insan
kapitalının daha da
inkişaf etdirilməsi başlıca amilə
çevrilib. Prezident İlham
Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət
və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən
birini təşkil edir.
Ölkəmizdə təhsilin inkişafına göstərdiyi
diqqət və qayğının nəticəsi olaraq son illərdə
müasir məktəb binaları tikilir, mövcud təhsil
müəssisələri üçün
yeni korpuslar inşa olunur. Bu proses təkcə
paytaxtı deyil, bölgələri də
əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində də mühüm
işlər görülüb. Heydər
Əliyev Fondu da
dövlət səviyyəsində həyata keçirilən bu proqrama güclü
dəstək verib. Yüksək şəraiti
ilə seçilən, müasir təlim
avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri
də 201 saylı tam orta
məktəbdir. Bu təhsil ocağının
həyətində də geniş
abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.
Azərbaycan.- 2017.-6 sentyabr.- S.10.