San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mimma Zavoliyə və xanım Vanessa D’Ambrosioya

 

Zati-aliləri,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.- 6 sentyabr.- S.11.