Vyetnam Sosialist
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Çan Day Kuanqa
Hörmətli cənab
Prezident,
Vyetnam Sosialist Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Azərbaycan-Vyetnam münasibətləri xoş
ənənələrə əsaslanır. İnanıram ki, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlığın
daha da möhkəmlənməsi
və inkişafı yolunda atdığımız
addımlar bundan sonra da xalqlarımızın
mənafelərinə xidmət
edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Vyetnam xalqına sülh və rifah diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 avqust 2017-ci il
Azərbaycan.- 2017.- 6 sentyabr.-
S.11.