Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹3, maddə 135; 1999, ¹8, maddə 476; 2002, ¹5, maddə 237; 2003, ¹1, maddə 10; 2004, ¹2, maddə 57; 2006, ¹11, maddə 923; 2007, ¹5, maddə 436, ¹10, maddə 938; 2008, ¹2, maddə 47; 2015, ¹2, maddə 72, ¹4, maddə 357) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddəyə aşağıdakı məzmunda on səkkizinci abzas əlavə edilsin:

su obyektlərində sudan ödənişli istifadənin təyinatlarını müəyyən etmək;”.

2. 21-ci maddə üzrə:

2.1. üçüncü hissədə “tərəfindən” sözü “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

3. 96-cı maddənin ikinci abzasında, 97-ci maddənin adında, birinci, ikincidördüncü hissələrində “pullusözü “ödənişli” sözü ilə əvəz edilsin.

4. 97-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

5. 98-ci maddə üzrə:

5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

5.2. üçüncü hissə ləğv edilsin.

6. 103-cü maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:

sudan təyinatı üzrə istifadə etmədikdə;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.- 7 sentyabr.- S.3.