Bakıda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, M.Canelidze ilk olaraq Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdibu dəstəyin iki dövlət arasındakı dostluqmehriban qonşuluq münasibətlərinin parlaq göstəricisi olduğunu vurğuladı.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edildi. Həmçinin nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyüsuverenliyini dəstəklədiklərini bir daha bəyan etdilər.

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd edildi.

Nazirlər Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi apardılar və BTQ-nin fəaliyyətə başlaması ilə ticarət dövriyyəsinin artacağını əlavə etdilər, həmçinin Cənub-Qərb nəqliyyat dəhlizi istiqamətində də geniş imkanlar olduğunu vurğuladılar. Bu xüsusda, nazirlər birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğuladılar.

Tərəflər 3 dövlət arasında yaradılan mexanizmin unikalçox effektli olduğunu deyərək, bu çərçivədə maliyyə, iqtisadiyyat, gömrük və müdafiə nazirlərinin də görüşlərinin baş tutduğunu əlavə etdilər.

Nazirlər Azərbaycan və Gürcüstan arasında beynəlxalq gündəlikdə duran məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü bildirərək, beynəlxalq və regional təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd etdilər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regionalqlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2017.- 7 sentyabr.- S.5.