Makedoniya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Gyorge İvanova
Hörmətli cənab
Prezident,
Makedoniya Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Makedoniya əlaqələrinin hazırkı
səviyyəsi məmnunluq
doğurur. Ümidvaram ki, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Makedoniya xalqına
sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 5 sentyabr 2017-ci il.
Azərbaycan.-
2017.- 8 sentyabr.- S.2.