Çin Xalq
Respublikasının Taypey şəhərində
keçirilən Tələbələrin XXIX Ümumdünya
Yay Universiadasında Azərbaycan
Respublikasının idmançıları və onların məşqçiləri
üçün yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci
yeri tutan hər bir idmançıya
50 min manat, onun məşqçisinə 25 min manat;
1.2. ikinci
yeri tutan hər bir idmançıya
30 min manat, onun məşqçisinə 15 min manat;
1.3. üçüncü
yeri tutan hər bir idmançıya
20 min manat, onun məşqçisinə 10 min manat;
1.4. komandanın
baş məşqçisinə
idman növü üzrə ən yüksək nailiyyət göstərmiş
idmançıya görə
şəxsi məşqçinin
aldığı məbləğ
qədər (bir dəfə).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 sentyabr 2017-ci il
Azərbaycan.- 2017.-9 sentyabr.-
S.2.